Azərbaycanlı əsgər döyüldü: İstintaq başladıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |    

Azərbaycanlı əsgər döyüldü: İstintaq başladıldı

Gürcüstan ordusunun azərbaycanlı əsgəri Kazım Qəhrəmanovun döyülməsi faktı ilə bağlı istintaq aparılır.

Median.Az
xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyinin Hərbi Polis Baş İdarəsinin rəis müavini İrakli Bazeraşvili jurnalistlərə bildirib.

O deyib ki, ilkin araşdırmalara əsasən, əsgərdən pulun tələb olunması faktı təsdiqini tapmayıb: “Əsgərin adını çəkdiyi serjant ittihamları qətiyyətlə rədd edir. Bütün lazımi istintaq tədbirləri artıq həyata keçirilir. Təəssüf ki, əsgər Marneulidə xəstəxanada olduğundan onu hələ dindirmək mümkün olmayıb. Əgər ittihamlar təsdiqini tapsa, bütün günahkarlar məsuliyyətə cəlb olunacaq”.

Qeyd edək ki, K.Qəhrəmanov Krtsanisi hərbi hissəsində martın 9-da serjantın gözü qarşısında döyüldüyünü iddia edib. Əsgərin sözlərinə görə, döyülməsinə ondan pulun tələb olunmasına etiraz etməsi səbəb olub./Report/скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 498 11.03.19 21:25