Taekvondo millimiz Hollandiya çempionatında səkkiz medal qazanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:45 Jozep Borrell: İranın İsrailə cavab zərbəsi endirəcəyini bilirdik  |     20:39 Tayvan yeni yerüstü zenit-raket kompleksini sınaqdan çıxarıb  |     20:26 HƏMAS İsrailə güzəştə getməkdən imtina edib  |     20:19 ABŞ İranla bağlı sənədi BMT TŞ-yə göndərib  |     20:18 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib  |     20:12 Bakıda qadın sürücü yol qəzasında ağır xəsarətlər alıb  |     20:01 Çexiya Ukrayna üçün 180 min mərmi almağa razılaşıb  |     19:54 Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib  |     19:36 Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək  |     19:20 ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır  |     18:53 Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO  |     18:27 Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub  |     18:06 Rusiyada “TikTok”un bloklanması təklif olunub  |     17:55 Gəncədə şagird sinif yoldaşına xəsarət yetirib  |     17:15 Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLAR  |     17:03 İsrail rəsmiləri İrana görə bir daha toplanacaq  |     16:39 Daha bir məşhur "tiktok"çu həbs edildi  |     16:30 Bakıda mənzildə meyit tapılıb  |     16:04 Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir HƏBS EDİLDİ  |     15:50 Polisdən ƏMƏLİYYAT: Narkoanbar kimi istifadə olunan ev aşkarlandı - FOTO  |    

Taekvondo millimiz Hollandiya çempionatında səkkiz medal qazanıb

Taekvondo üzrə böyüklərdən ibarət milli yığma komandamız Hollandiyanın Eyndhoven şəhərində təşkil olunan ənənəvi "Dutch Open" turnirində səkkiz medala sahib olub.

Sayca 46-cı olan G1 kateqoriyalı turnirdə mübarizəyə qoşulan Cavad Ağayev (-63 kq) və Fəridə Əzizova (-67 kq) bütün rəqiblərinə qalib gələrək yarışı qızıl medalla başa vurub.

Dağıstanlı legionerlərimiz – Həşim Məhəmmədov (-58 kq) və Radik İsayev (+87 kq) isə finalda məğlub olaraq gümüş medalla kifayətlənib.

Digər təmsilçilərimiz – Bəhruz Quluzadə (-54 kq), Məhəmməd Məmmədov (-68 kq), Ramin Əzizov və Payam Qobadi Oğaz (hər ikisi -87 kq) yarımfinala kimi irəliləsə də, həlledici döyüşə vəsiqə qazana bilməyib. Bu dörd idmançımıza bürünc medal verilib.

Beləliklə, Hollandiya açıq çempionatından iki qızıl, iki gümüş və dörd bürünc medal qazanan millimiz Eyndhovendən birbaşa Belçikaya yollanacaq. Komandamız 16 mart tarixində Belçikanın Lomel şəhərində keçiriləcək "Belgian Open" turnirində də qüvvəsini sınayacaq.
//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 836 11.03.19 11:24