Azərbaycan prezidenti Rusiya Yəhudi Konqresinin rəhbərini qəbul etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |     19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |    

Azərbaycan prezidenti Rusiya Yəhudi Konqresinin rəhbərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də Rusiya Yəhudi Konqresinin prezidenti Yuri Kannerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Rusiya Yəhudi Konqresinin prezidenti Yuri Kanner səfər çərçivəsində Quba şəhərinə getdiklərini, Azərbaycanın regionlarında inkişaf proseslərinin şahidi olduqlarını, ölkəmizdə bütün xalqların nümayəndələrinin, o cümlədən yəhudilərin firavan yaşamaları üçün hər cür şəraitin yaradıldığını vurğulayıb və bunu yüksək qiymətləndirib.

Azərbaycanda ayrı-ayrı xalqların və dini icmaların əsrlər boyu bir ailə kimi yaşadıqlarını deyən Prezident İlham Əliyev ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, o cümlədən yəhudilərin əmin-amanlıq içərisində yaşamaları üçün lazımi şəraitin mövcud olduğunu bildirib. Dövlət başçısı Azərbaycanda sivilizasiyalar və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi ilə bağlı mühüm beynəlxalq tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 823 08.03.19 11:58