Formula 1 Filarmoniya tribunasına bütün biletlər satıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Formula 1 Filarmoniya tribunasına bütün biletlər satıldı

Formula 1 Azərbaycan Qran Prisinə əlli günün qaldığı ərəfədə Filarmoniya tribunasına olan biletlər artıq tamamilə satılıb.

Median.Az
xəbər verir ki, Bakı Şəhər Halqasının Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim ümumilikdə yarışa olan biletlərin böyük hissəsinin satıldığını bildirib:

“İndiyədək 52 ölkədən bilet alınıb və ümumilikdə biletlərin yetmiş faizə yaxını satılıb. Satılan biletlərin 78 faizi xarici ölkələrin payına düşür. Əvvəlki illərlə müqayisədə bu il Qərbi Avropa ölkələrindən, xüsusən də Böyük Britaniyadan bilet alanların sayında kəskin artım qeydə alınıb.

Həmçinin ötən ilin eyni dövrü ilə müqayisədə biletlərin satış tempində on faizlik artım müşahidə
olunur. Yaxın günlərdə konsert proqramlarının detalları açıqlandıqdan sonra bilet alışlarının daha da intensivləşəcəyi gözlənilir”.

Qeyd edək ki, 2019 Formula 1 Azərbaycan Qran Prisinə biletlərin satışı hazırda davam edir. Biletlər yerli sakinlərə orijinal qiymətindən 25 faiz ucuza təklif olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir.

Pilotların gərgin mübarizəsi fonunda baş tutacaq möhtəşəm yarış həftəsonunu qaçırmaq istəməyən əyləncəsevərlər biletləri əməliyyat şirkətinin rəsmi veb-səhifəsindən (https://www.bakucitycircuit.com/az/buy-now) və paytaxtın müxtəlif məkanlarında yerləşən bilet satış nöqtələrindən əldə edə bilərlər.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 301 07.03.19 19:08