114 yaşlı Şabikə nənə: Yoldaşım məni gəmi ilə qaçırmışdı - VİDEO - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:41 Elektromobillərlə bağlı YENİ QƏRAR: Azərbaycan gələcəyə yatırım edir  |     11:39 Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA (VİDEO)  |     11:37 Məşhur qapıçı iki sarı vərəqə alsa da, meydandan qovulmadı  |     11:23 Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO  |     22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |    

114 yaşlı Şabikə nənə: Yoldaşım məni gəmi ilə qaçırmışdı - VİDEO - FOTO

Axundova Şabikə Fərhad qızı Lənkəran rayonunun Boladi kəndində yaşayır. O, kəndin ən yaşlı sakinidir. Şabikə nənənin nə az, nə çox, düz 114 yaşı var.

Median.Az
bildirir ki, oxu.az-ın əməkdaşları 114 yaşlı qadının evində olub, onunla söhbətləşiblər:

Şabikə Axundovanın şəxsiyyət vəsiqəsində 1905-ci ildə anadan olduğu qeyd edilib. Şabikə nənə deyir ki, bu yaşa çatmasına əsas səbəb ömür boyu fiziki işlər görməsi olub:

- Şağlaser kəndində doğulmuşam. Ailə qurub Boladi kəndinə gəlin gəlmişəm. Ailədə üç bacı, üç qardaş olmuşuq. Bacı-qardaşlarım dünyasını dəyişib. Mən fiziki işlərlə çox məşğul olurdum. Əsasən, çay yığırdım. Həyət-bacada işləyirdim.

- Neçə övladınız var?

- Doqquz övladım - beş oğlan, dörd qızım var. Qızlarımdan biri dünyasını dəyişib.

- Nəvə-nəticələriniz çox olar.

- 40 nəvəm, 20-yə yaxın nəticəm, doqquz kötücəm, iki yadıcam var. Bakıda yaşayırlar. Hərdən darıxıram onlar üçün. Arada gəlib məni görürlər.

- 114 il ömür yaşamısınız. Həyatda peşman olduğunuz məqamlar olub?

- Yaddaşımda çox şeylər qalmayıb. Amma peşmançılığım olmayıb. Allah rəhmət eləsin, yoldaşım çox yaşı adam olub, çox xoşbəxt günlər yaşamışıq.

- Yoldaşınızla sevib evlənmişdiniz?

- Məni çox sevirdi (gülür). Sevib evlənmişəm. Yoldaşım o vaxt məni gəmi ilə qaçırmışdı. Bir-birimizə çox dəyər verirdik. İndiki sevgilər kimi deyildi. Təəssüf ki, yoldaşımı tez itirdim. Onun sağlığında həyatımın ən gözəl günlərini yaşamışam.

- Yoldaşınızı tez itirdiyinizi dediniz. Sonra yenidən ailə həyatı qurmaq istəmisiniz?

- 1994-cü ildə yoldaşımı itirmişəm. Qadın bir dəfə ailə qurar. Ömür boyu da o insanla həyatını başa vurar. Mən heç vaxt yoldaşımdan sonra ikinci bir insanla ailə qurmağı düşünməmişəm.

- Bu yaşda darıxdığınız kimsə var?

- İnsanın həyatda ən çox sevdiyi övladları olar. Mən övladlarımdan bir qızımı itirmişəm. Onun üçün çox darıxıram. Bir də yoldaşım üçün. Yoldaşımın yanına getmək üçün gün sayıram.

- Qarşıdan 8 Mart gəlir. Kimdən hədiyyə gözləyirsiniz?

- Yoldaşım yanımda olanda mənə hər şey alırdı. İndi heç kimdən heç nə gözləmirəm. Uşaqlarım hədiyyə olaraq nələrsə alır, sağ olsunlar.

- 114 yaşınız var. Gün ərzində nələr edirsiniz?

- Bir oğlumun həyat yoldaşı mənə kömək edir. Evdə çox iş görə bilmirəm, artıq yoruluram. Yemək bişirib gətirir. Heç nəyə ehtiyacım olmur. Pensiyamı alıram, tapşırıram oğluma, istədiklərimi alıb gətirir.

- Can, həqiqətən, şirindir, yoxsa?

- Yəqin, şirin olar. Şirindir.

- Səhhətinizdə nə problemləriniz var?

- Heç bir problemim yoxdur. Bu günə qədər heç bir xəstəliyim olmayıb. Amma yaddaşım zəifləyib, çox şeyləri xatırlaya bilmirəm.

- Övladlarınıza hər hansı vəsiyyətiniz varmı?

- Böyük oğluma vəsiyyət etmişəm ki, mən öləndə yoldaşımın yanında dəfn etsinlər. Qəbrimin üstündə çadır qursunlar, molla üç gün "Quran" oxusun. Bütün zinət əşyalarımı da gəlinlərim arasında bölüşdürsünlər.

- Həyatda gerçəkləşməsini istədiyiniz arzunuz qalıbmı?

- Bütün arzularıma çatmışam. Övladlarımı evləndirmişəm, nəvələrimin toyunu görmüşəm. Tək arzum odur ki, Allah onlara sağlam, uzun ömür versin.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 536 06.03.19 23:23