Şimali Koreya yeni raket sınağına hazırlaşır? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Şimali Koreya yeni raket sınağına hazırlaşır?

Şimali Koreyanın peykdən çəkilmiş yeni şəkilləri ölkə rəhbərliyinin söküləcəyini vəd etdiyi Tonqçanq raket buraxılış meydançasında yenidənqurma işləri apardığını əks etdirir.

Bu barədə BBC məlumat yayıb.

Maraqlıdır ki, şəkillər ABŞ və KXDR liderləri arasında Vyetnamda yarımçıq qalmış nüvə danışıqlarından iki gün sonra əldə olunub.

Tonqçanq “kosmodrom”undan əvvəllər süni peyklərin buraxılışı və mühərrik sınaqları üçün istifadə olunub. KXDR rəhbərliyi qeyd olunan meydançada heç vaxt ballistik raket buraxılışı həyata keçirmədiyini əmin edir.

Onun sökülməsi ilə bağlı işlər ötən il başlasa da, ABŞ-Şimali Koreya dialoqunun “daşa dirənməsindən” sonra söküntü işləri dayandırılıb.

Qeyd edək ki, KXDR rəhbərliyi ilk Tramp-Kim Çen In görüşündə Pxenyan və Vaşinqton arasında qarşılıqlı etibar körpüsü qurmaq üçün sözügedən kosmodromu sökməyi vəd etmişdi.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 152 06.03.19 12:14