"5 ildir ən gözəl anlarımı, gunlərimi, yayın istisində, qışın soyuğunda istirahətlərimi qurban verdim "Azərbaycanın səsi" layihəsinə və şərəflə xidmət etdim. Halal xoşları. Özumə hər zaman borc bilirəm. Gözəl tələbələrimi, istedadlı ifacıları yetişdirdik, Allahın köməkliyi ilə. Çünki ailəmizdən, müəllimlərimizdən bizə sağlam tərbiyyə verilib. Bu layihəboyu gözəl, pak, uğurlu xatirələr həkk oldu incəsənət tariximizə".
Median.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Elza Seyidcahan İnstaqram səhifəsində yazıb. Müğənni günlərdir qalmaqal yaşadığı xalq artisti Nazpəri Dostəliyevanı təhqir edib:
"Bu neçə ildə qalib münsif olmağımı daşıya bilməyənlər də var. Çünki həm tələbələrim qalib oldu, həm də Türkvizyona mahnıları bəstələməyi mənə həvalə etdilər. Bir sözlə "Taclı münsifəm". Haqsızlıqlar məni sındıra bilmədi. Çünki həmişə qüdrətli Allahımıza sığınmışam.
Bu gün isə murdar iftiraçının mənə atdığı şərəfsizcəsinə, cəfəngiyyat dolu şər-böhtanları məni göyün yeddinci qatına qaldırırsa, saxta sifətinə qaytardığım düz cavablarım onu yerin yeddinci qatına salır. Mənə heç maraqlı deyil ki, kimdir, kim olub? Heç kəsin şəxsi həyatına girmərəm. Bəzən mənə məcburən həqiqətləri dedizdirirlər. Türklər demiş: "Heç kəsə haqqımı yedirtmərəm, heç kəsin haqqını da yemərəm". Bu gün isə mən bir nadürüstə haqq-ədaləti boğa-boğa yedirdirəm.
"Məşşan" kimi geyinir, özünü brend kimi təqdim edir. Özünü brend təqdim etmək istəyirsənsə, 4 il evdə oturmuşdun gəşəng. Yumruqlarını divara döyüb, anqırıb ağlayanda heç olmasa bir-iki not öyrənərdin, kitab oxuyub boş başını zənginləşdirərdin, tələbələrin özünün oxuduğu mahnıların bəstəkarlarını, şairlərini doğru-dürüst bilib, dünya musiqilərindən bir azca xəbərdar olardın. Sonra da özünə əmin danışardın ki, bugünkü gündə də savadsızlığın ucbatından qorxub üstümə qısqırmazdın.
Mənim qoyduğum yolu görmürsənsə, demək gözündə tor var. Qoyduğum yol sənsən. Gücnən özünü gəlib otuzdurmusan yanımda. Savadımla səni yerində otuzdururam, yerindən durğuzuram, aparıram, gətirirəm.
Müğənnilərdən və musiqiçilərdən mikrafonu qapan, həmişə onların toylarını buran, yollarını kəsən, zəhmətlərini itirən, haqqlarını yeyən sən olmusan. Mən toylara niyə getməyim? Xalqımızın mənim bəstələdiyim əsərlərə, insanlığıma sevgisi, rəğbəti, hörməti...
Hörməti məni məcbur edir və göz qarşısındadır. Bunu görub hər gün Allaha şükür edirəm. Asanlıqla başa gəlməyib. Əgər mən toy xəstəsi olsaydım efirlərdə toy repertuarı qurub oxuyardım. Bunu edə də bilərəm. Bilirsiz ki, məndən çox efirdə olan yoxdur. Mən bəstəkaram. Yolumu da qoymuşam, izimi də cəkmişəm. Sonrası da ki, toylara getmək heç ayıb deyil. Sənət başqa, toy başqa. Elza Seyidcahan dağ boyda sənətini də yaşadır, aparır, yeni yol yaradıb. İncəsənətə də bütünlüklə nöqtə qədər xələl gətirməyib, eyni zamanda toylara gedir".
Seyidcahan Dostəliyevanın qocaldığını bildirib:
"Əgər bəstəkar olmasaydım, bugünkü gündə heç toylara da getməzdim. Öz mahnılarımın halal çörəyini yeyirəmsə, səni bu günə gətirib çıxardan bəstəkarların halallığın belə almamış necə yaşayırsan?
Bunu daşıya bilmirsənsə, müqəssir özünsən. Qocalmısan.
Səsində ki, xırıldayır. Qocalığının gözəlliyini dərk etməyib, bəzi özün kimi tələbəciklərini əlində silah tutursan. Sonda o küt silah sənin öz boş başını kəsir. Layihə boyu çox cildlərə girdin ki, bizləri aşağılayasan. Hələ bir üstəlik şərəfsizcəsinə dəfələrlə xalqı, səndən qat-qat artıq olan müğənnilərimizi, təhqir edib, bir çox kobud səhvlərə yol vermisən. Bu nə deməkdir? Hər bir ölkədə olduğu kimi xalqın varlısı da var, kasıbı da, orta təbəqəsi də...
Kasıbların toyuna getməməliyik? Sən özun kim olmusan? İndi kimsən ki? Kim nə qiymətə gedirsə, halal zəhməti ilə qazanır. Yoxsa özünü 3-5 qəpiyə satmır ki, sonra da saçından tutulub "univermaqların tinlərində döyülsün". Bunu hamı bilir. Şərhə ehtiyac yoxdur. İncəsənət universitetində not bilməyən, musiqi terminlərini, səs diapazonlarını bilməyən birisi müəllim işləyə bilər? Yaxşı ki, çıxardıb atıblar bayıra. Yoxsa savadsız estrada müğənniləri baş alıb gedəcəkdi. İndi də gedib ki, tökulən vaxtında balet oynasın. Deyəsən saxta "prfısssır dıktırant, pii.. daqoq-məəlimə" (professor, doktorant -red.) diplomu alacaq. Ötən il bu haqda yetərincə məlumatımız oldu. Bütun mətbuat bar-bar bağırırdı ki, cinayət işlədib saxta diplom çıxardıb üzə ki, guya "fəlsəfə elmləri doktorudur".
Fəlsəfənin "f" hərfi də deyilsən. Qorxusundan gizlənmişdi, yalandan guya Şamaxıda idi. Haqsızlıqların sənə imkan versə əgər bəzi zir-zibillərin gizlədər. Özu-özunü biabır edir.
Belə bir deyim var: "Bir adamın özü-özünə elədiyini, el -aləm yığılsa belə ona edə bilməz". Heç olmasa bir az da kitab oxuyub başını zənginləşdirib maariflənərdin. Bəlkə bir balaca insanlıqdan xəbərdar olardın. Və bu gün mənim ağıllı, savadlı iradlarımı bəlkə dərk edərdin. Münsiflərin ixtiyarı var ki, hərə öz iradını bildirsin. Mənim düz iradım tez-tez hörmətli Asif Kərimovla üst-üstə düşür.
Gərək zamanında "Kəbleyi" görkəmli, unudulnaz bəstəkarımız Tahir Əkbərin evindən ilk addımlarını başlayanda, bilməli idin ki, bu sənətə elə-belə gəlmək asan iş deyil. Bu layihədə sənin dəfələrlə dahiləri, istedadlı gəncləri təhqir etməyinlə qarşılaşdıq. Bunlar hamısı savadsızlığın ucbatından irəli gələn amillərdir. Biz bir peşəkar musiqiçi kimi gəncləri təhqirdən, ən əsası yalan məlumatdan qorumalıyıq. Özünə saxta doğum günü keçirtdi canlı yayımda. Xalqın gözü qarşısında tələbələrdən rüşvət alır. Guya ki, bilinmir? O tələbələrin indi bizim dəstəyimizə ehtiyacı var. Nə məcburdu ki, saxta doğum günü etdirib onlardan məcburi çiçək və hədiyyə yığırsan?
Bəs kişi münsüflərə niyə gətirmirlər? Çünki onlar tələb etmirlər. Bunun gözü hələ də doymayıb.
Biz səhnədə qozbel də, kasıb da, varlı da, aciz də, qəhraman da oluruq. Ən əsası səhnədəki bütun obrazlar həyatdan götürülüb. Necə ki, mənim Vahid Əzizin sözlərinə bəstələdiyim "Aktyorlar" himni. Bu əsəri klipdə gördüyünüz 12 yaşlı bir qızcığaz - Firuzə Məmmədova yaradıb tarıxə düşüb. Ancaq özünü yüksəklərdən yuxarılarda tutan birisi görün nə deyir? Bu biabırçılıqdır. Heç olmasa Firuzə kimi istedadlar sənə ibrət olsun.
Sənin dediyinə görə mən 35 qəpikliyəmsə, bu mənim halal əziyyətimin ruzusudur. Sən isə blokunuzun ağzında vaxtı ilə 3-5 qəpiyə satdığın xoruz konfeti və tum dəyərində biri deyilsən. Tum, xoruz satmaq ayıb deyil. Qaraçı bunu bilsin ki, ondan "ledi" düzəlməz. "Ledi"lər doğulurlar".