Mahaçqala-Bakı sürət qatarı bu il istifadəyə veriləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda


Mahaçqala-Bakı sürət qatarı bu il istifadəyə veriləcək
Mahaçqala-Dərbənd-Bakı sürətli sərnişin qatarı 2019-cu ildə istifadəyə veriləcək.

TASS agentliyinin xəbərinə görə, bununla bağlı Dağıstanın nəqliyyat və yol təsərrüfatı naziri Şiruxan Hacımuradov respublika rəhbəri Vladimir Vasilyevin iştirakı ilə Mahaçqalada keçirilən Nazirlər Kabinetinin iclasında məlumat verib.

O bildirib ki, bu xətt üzrə gömrük rəsmiləşdirmələri göndərilmə məntəqəsində həyata keçiriləcək.

Mahaçqala-Bakı istiqamətində yeni dəmiryolu xətti ilə bağlı məsələ 2018-ci ilin aprelindən müzakirə edilir. 2018-ci ilin oktyabrında Vasilyev məlumat verib ki, Dağıstanla Azərbaycanı yeni dəmiryolu xətti bağlayacaq.

Bundan başqa, Mahaçqala və Bakı arasında birbaşa aviareyslər planlaşdırılır.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 663 04.03.19 15:12