Azərbaycanda rüşvətdə ittiham olunan vəzifəli şəxs həbs olundu » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Azərbaycanda rüşvətdə ittiham olunan vəzifəli şəxs həbs olundu

Azərbaycanda rüşvət alma və təhrikçilikdə ittiham olunan vəzifəli şəxs həbs olunub.

Median.Az
xəbər verir ki, "Yeni Sabah”ın əldə etdiyi məlumata görə, Zaqatala rayon məhkəməsinin katibi Allahverənov Şahid Allahverən oğlu həbs olunub. Onun barəsində Binəqədi rayon məhkəməsinin hakimi Fərid Əmirəliyevin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Ş. Allahverənov Cinayət Məcəlləsinin 32.4 (Ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır) və 312.1 (Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi) maddələri ilə ittiham olunur.

Xəbərə görə, Allahverənov bu qanunsuzluqlara bir müddət əvvəl fəaliyyətinə xitam verilmiş Zaqatala rayon Məhkəməsinin hakimi Arif İsmayılov tərəfindən təhrik edilib.

Hazırda istintaq aparılır.


Həbs qərarını verən hakim Fərid Əmirəliyev


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            6 146 04.03.19 13:06