"Neftçi" "Sabah"ı darmadağın edərək, vahid liderə çevrilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

"Neftçi" "Sabah"ı darmadağın edərək, vahid liderə çevrilib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.

Median.Az
-ın report-a istinadən verdiyi məlumatına görə, lider "Neftçi" debütant "Sabah"ı qəbul edib.

"Bakcell Arena"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

Hesabı 9-cu dəqiqədə "Neftçi"nin yeni transferi Canluka Sansone açıb. Təkbətəkdən fərqlənən italiyalı hücumçu Premyer Liqada ilk qolunu vurub. 24-cü dəqiqədə kapitan Emin Mahmudov qüvvətli zərbə ilə topu "9-luğ"a göndərib. Oyunda son nöqtəni 79-cu dəqiqədə Baqali Dabo qoyub. Fransalı hücumçu qollarının sayını 9-a çatdıraraq, bombardirlər siyahısında liderliyini möhkəmlədib.

Flaqman oyunu azlıqda başa vurub. 84-cü dəqiqədə Məhəmməd Mirzəbəyov ikinci sarı vərəqəni alaraq, meydandan kənarlaşdırılıb.

Bu qələbə sayəsində xallarını 41-ə çatdıran "Neftçi" ən azı bir günlük vahid liderə çevrilib. 21 xala malik "Sabah" isə 5-ci pillədə qalıb.

Qeyd edək ki, turun açılış oyununda "Səbail" "Sumqayıt"la qolsuz heç-heçə edib - 0:0. Tura sabah keçiriləcək "Zirə" - "Qəbələ" və "Keşlə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 184 02.03.19 22:18