Pakistan əsir götürülmüş pilotu Hindistana qaytardı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Pakistan əsir götürülmüş pilotu Hindistana qaytardı

Pakistan və Hindistan arasında yaranmış hərbi insident nəticəsində əsir düşmüş komandir Abhinandan Varthaman bu axşam öz ölkəsinə təhvil verilib.

RİA Novosti-nin məlumatına görə, Hindistanın əsas xəbər kanallarının hamısı bu barədə xüsusi canlı yayım edib. Hindistan sərhədi tərəfdə toplanmış sakinlər və KİV nümayəndələri hərbi pilotu milli qəhrəman kimi qarşılayıblar.

Xatırladaq ki, fevralın 27-də Pakistanın Hindistanın iki təyyarəsini vurmaqla iki ölkə arasında gərginlik pik həddə çatıb.

Hindistan və Pakistan aviasiyaları arasında baş verən hava döyüşündə 27 təyyarə iştirak edib.Hindistan Hərbi Qüvvələri dörd Su-30, iki təkmilləşdirilmiş “Dassault Mirage” və iki MiQ-21 qırıcısından istifadə edib. Sonuncu iki qırıcıdan biri döyüş zamanı vurulub, Hindistan tərəfi bunu təsdiqləyib.Pakistan isə havaya 24 təyyarə qaldırıb.

Aviasiya zəncirinin komandiri Abhinandan Varthaman F-16-ya hücum edərək R-73 raketindən istifadə edib, lakin elə bu zaman onun MiQ-21 qırıcısı F-16 tərəfindən AIM-120 AMRAAM raketi ilə vurulub.

Varthaman katapult edib və pakistanlılar tərəfindən saxlanılıb.

Pakistanın baş naziri İmran Xan gərginliyin aradan qaldırılması naminə əsir götürülən hindistanlı pilotun martın 1-də sərbəst buraxacağını söyləmişdi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 476 01.03.19 22:49