La Liqanın 26-cı turunda keçiriləcək "Real" - "Barselona" oyununun hakimi dəyişdirilib.
Median.Az qol.az-a istinadən xəbər verir ki, qarşılaşmanı Alxandro Ernandes Ernandes idarə etməli olsa da, referi zədələndiyindən, görüş Alberto Undiano Malenkoya həvalə olunub.
Qeyd edək ki, martın 2-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. "Barselona" dünən İspaniya kubokunun yarımfinal mərhələsinin cavab matçında səfərdə "Real"ı 3:0 hesabı ilə məğlub edərək, finala yüksəlib.