Atakamada elmə məlum olmayan canlılar aşkarlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |     18:50 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     18:19 Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO  |     17:53 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     17:50 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     17:38 Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO  |     16:38 Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO  |     16:26 Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir  |     16:04 Bakıda marketdən minlərlə manatlıq spirtli içki oğurlanıb - FOTO/VİDEO  |     15:41 Dövlət Xidməti Amaras monastırında monitorinqlər aparıb  |     15:33 Zaxarova: “Ermənistan miqrasiya ilə bağlı Britaniya ilə danışıqlarını özü şərh etməlidir” - VİDEO  |    

Atakamada elmə məlum olmayan canlılar aşkarlandı

Marsın eksperimental “Zoe” rover aparatı Çilinin Atakama səhrasında ekstremal quraq iqlim şəraitində sağ qala bilən torpaq bakteriyalarını aşkarlayıb. Onlardan bəziləri elmə məlum deyil.

Bu barədə “Science Alert” nəşri məlumat yayıb.

Yel Universitetinin kollecindən olan bioloq Stiven Poyntinqin (Stephen PointinG) sözlərinə görə, avtonom rover aparatı ən əlverişsiz şəraiti olan mühitdə torpaq səthində həyat əlamətləri axtarıb tapmağa qadir olduğunu sübuta yetirib.

Atakama səhrası dünyanın ən quraq məkanı hesab olunur. Meteostansiyalar onun bəzi ərazilərində bir əsrdən çox yağıntı qeydə almayıb.

Məlumata görə, Mars roveri səhrada 80 santimetr dərinliyə malik dəlik qazaraq, 90 nümunə götürüb və onların bəzilərində mikroorqanizmlərin olduğunu müəyyən edib. Dərinliyin artması ilə daha duzlu şəraitə uyğunlaşa bilən bakteriyalar üstünlük təşkil edib.

Qazıntının dibində isə onları sağ qalmaq üçün metan qazından yararlanan təkhüceyrəli orqanizmlər əvəz edib. Ümimilikdə üç qrup təkhüceyrəli canlılar üzə çıxıb – “Chloroflexi”, “Actinobacteria” və “Alphaproteobacteria”.

Atakamada bu mikroorqanizmlərin aşkarlanması Qırmızı planetdə (Marsda - red.) həyat əlamətlərinin aşkarlanması ehtimalını artırmış olur. Ancaq tədqiqatçılar Marsda şəraitin Atakamadakından daha ekstremal olduğuna əmindir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 272 28.02.19 21:02