Zaxarova rus deputatların Xocalı yürüşündə iştirakından danışdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Zaxarova rus deputatların Xocalı yürüşündə iştirakından danışdı

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova keçirdiyi mətbuat konfransında erməni jurnalistin rusiyalı deputatlardan ibarət nümayəndə heyətinin fevralın 26-da Bakıda keçirilən Xocalı yürüşündə iştirakı ilə bağlı sualını cavablandırıb.

O, Rusiyanın Qarabağ münaqişəsini böyük faciə hesab etdiyini deyib.

“İlk növbədə demək istərdim ki, dəhşətli Qarabağ münaqişəsi bir çox insana əzablar yaşadıb. Rusiya bu hadisəni böyük faciə hesab edib və edir. Mənə elə gəlir ki, bu, aydın mövqedir və bunu bir daha təkrar etdim. Rusiya münaqişənin sülh yolu ilə həllinin axtarışı istiqamətində çox böyük səylər təklif edir.

Dediniz ki, deputatlar bu yürüşdə iştirak ediblər. Bu iştirakın kim tərəfindən və necə təşkil olunması ilə bağlı sualı onların özlərinə vermənizi məsləhət görürəm. Rusiyanın rəsmi mövqeyi hər kəsə məlumdur”, - Zaxarova bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 477 28.02.19 16:47