Pakistan-Hindistan sərhədində atışma » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Pakistan-Hindistan sərhədində atışma

Ötən gün baş verən hava toqquşmasından sonra Pakistan və Hindistan arasında vəziyyət gərgin olaraq qalır. Pakistanın Hindistanın şimalında yerləşən Cammu və Kəşmir ştatlarında yerləşən yaşayış məntəqələrini atəşə tutduğu xəbər verilir.

Bu barədə TASS yerli KİV-ə istinadən məlumat yayıb.

İnsident yerli vaxtla 06:00 radələrində (Bakı vaxtı ilə 04:30) Punç dairəsi yaxınlığında qeydə alınıb. Hindistan qüvvələri cavab atəşi açıb.

Buna qədər iki ölkənin hərbi qüvvələri arasında qarşıdurma yalnız hava məkanında gedirdi.

Belə ki, Hindistan aviasiyası Kəşmirin Pakistanın nəzarətində olan hissəsində mərkəzləşən “Caiş-i-Məhəmməd” qruplaşmasının düşərgəsinə zərbələr endirib.

Sözügedən qruplaşma fevralın 14-də Cammu və Kəşmirdə 45 nəfərin həyatına son qoyan terror aktlarına görə məsuliyyəti öz üzərinə götürmüşdü.

İslamabad Hindistanla müharibə etmək istəmədiyini bildirib. Bununla belə, “The Times of India” qəzetinin mənbəsinin dediyinə görə, pakistanlı baş nazir İmran Xan artıq nüvə qüvvələri komandanlığı ilə görüş keçirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 051 28.02.19 11:21