Stiven Hokinqin xəstəliyinin sirri açıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Stiven Hokinqin xəstəliyinin sirri açıldı

ABŞ-ın Yan və Dana Dunkan adına Neyroloji Tədqiqatlar İnstitutu və Beylor Tibb Kollecinin birgə alim qrupu görkəmli nəzəriyyəçi-fizik Stiven Hokinqin əziyyət çəkdiyi Lu Qeriq xəstəliyinin inkişaf mexanizminin sirrini açıb.

Məlum olub ki, xəstəlik zamanı ubikvilin zülalı lisozun (metabolizm tullantılarının emalı prosesinə cavab verən hüceyrə komponentləri) fəaliyyətini nizamlamağı dayandırır.

Median.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "MedicalXpress"də press-reliz dərc olunub.

Tədqiqatçılar eksperimentlərdə sınaq orqanizmi olaraq ubikvilini kodlaşdıran düzgün gen versiyasından məhrum olan dişi milçəklərdən istifadə edib. Mutant-həşəratlarda yaşla əlaqədar neyroloji pozuntular, o cümlədən, sinir hüceyrələrinin fəaliyyətinin pozulması, onların tələfatı və zədəli lisozların yüksək konsentrasiyası müşahidə olunub.

Məlum olub ki, qüsurlu ubikvilin (zülal kompleksini hüceyrə tullantılarından təmizləyən) proteasomların funksionallığının pozulmasına səbəb olur və autofaqiyaya (hüceyrənin lazımsız və ya funksionallığını itirmiş komponentlərini kənarlaşdıran, təbii tənzimlənən hüceyrə mexanizmi - red.) əngəl törədir.

Autofaqiya zamanı vezikullar (hüceyrə köpükləri) zədəli zülalları udur. Ardınca vezikullar lizosomlarla qarışır və nəticədə, meydana gələn turş mühit tullantıları parçalayan fermentləri işə salır. Ancaq mutant ubikvilin olan yerdə mühit lazımi səviyyədə turşulu olmur.

Alimlər bu mexanizmin insan orqanizmində də keçərli olub-olmadığını yoxlamaq niyyətindədir. Onlar lisozların turşuluq səviyyəsini bərpa etməklə yan amiotrofik sklerozun inkişafını ləngitmək niyyətindədir.

Yan amiotrofik skleroz (YAS, ing. ALS) və ya Şarko xəstəliyi və ya Lou Gehriq xəstəliyi - nevroloji xəstəlik olub, inkişaf edərək icraetmə funksiyasının pozulmasına, sosial dezadaptasiyaya və sonda ölümə gətirib çıxarır. Ön buynuzlarda və beyin kötüyündə yerləşən aşağı motoneyron, presentral qırışda yerləşən yuxarı motoneyron, kortikospinal yolların və əksərən prefrontal motoneyronların zədələnməsi nəticəsində yaranır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 733 27.02.19 23:57