Böyük Britaniyada qış fəslində tarixdə ilk dəfə temperatur 20 dərəcəni aşıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

Böyük Britaniyada qış fəslində tarixdə ilk dəfə temperatur 20 dərəcəni aşıb

Böyük Britaniyada, Uelsin qərb hissəsində qış fəslində mütləq temperatur rekordu qeydə alınıb.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, Birləşmiş Krallıq ərazisində ilin ən soyuq fəslində havanın temperaturu meteoroloji müşahidələr tarixində ilk dəfə olaraq 20 dərəcədən yüksək olub.

Birləşmiş Krallığın meteoroloji xidmətinin məlumatında deyilir: "Kerediqion qraflığının Troskoyeda şəhərində temperatur 20,3 dərəcəyə çatıb. Həmin gün meteoroloji müşahidələr tarixində fevral ayının ən isti günü olub. Ümumiyyətlə, bu bölgədə qış vaxtı temperaturun 20 dərəcədən çox olması ilk dəfə qeydə alınıb".

Ekspertlər bu rekord göstəricini onunla izah edirlər ki, hazırda Avropanın mərkəzi hissəsində bərqərar olmuş yüksək təzyiq zonası Aralıq dənizi hövzəsindən gələn isti havanın şimal istiqamətində irəliləməsinə imkan yaradır.

Qış fəslində bundan əvvəlki temperatur rekordu (19,7 dərəcə) 1998-ci il fevralın 13-də Londonun Qrinviç rayonunda qeydə alınıb. Xatırladaq ki, planetimizi qərb və şərq yarımkürələrinə bölən sıfırıncı meridian Qrinviçdən keçir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 094 27.02.19 22:23