Gürcüstan prezidentinin Bakı səfərinin gündəliyi açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |     13:03 Mingəçevirdə sakinlər binanın zirzəmisinə dolan çirkab sulardan şikayətçidirlər - VİDEO  |     13:02 Lukaşenko hakimiyyətdən nə vaxt gedəcəyinə aydınlıq gətirdi  |     12:45 Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib  |     12:36 Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı  |     12:15 Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE  |     12:07 Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT (FOTO)  |     12:00 Təbrizdə Ermənistanın baş konsulluğu açılır  |     11:51 Azərbaycanda balıq ovunun qadağan ediləcəyi tarix AÇIQLANDI  |     11:42 Xankəndidə silah-sursat aşkarlanıb  |     11:36 İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI  |     11:31 Kreml NATO-ya xəbərdarlıq edib  |     11:17 Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR  |     22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |    

Gürcüstan prezidentinin Bakı səfərinin gündəliyi açıqlandı

Gürcüstan prezidenti Salome Zurabişvilinin fevralın 27-də Azərbaycana səfərinin gündəliyi açıqlanıb.

Bununla bağlı məlumatı Gürcüstan Prezident Administrasiyası yayıb.

Səfər çərçivəsində Zurabişvili azərbaycanlı həmkarı İlham Əliyevlə təkbətək və geniş tərkibli görüşlər keçirəcək. Görüşdən sonra Zurabişvili və Əliyev birgə mətbuat konfransı keçirəcək.

“Siyasi, iqtisadi və ticarət əlaqələrinin dərinləşməsi ilə yanaşı, Gürcüstan və Azərbaycan xalqları arasında yaxşı qonşuluq və dostluq münasibətlərinə söykənən mədəni əlaqələrin inkişafı da prioritet məsələ olacaq”, - məlumatda qeyd edilib.

İlham Əliyevdən başqa, Zurabişvili Bakıda Azərbaycan baş naziri Novruz Məmmədov və parlamentin spikeri Oqtay Əsədovla görüşəcək.

Səfər zamanı Gürcüstan prezidentinin Azərbaycanda yaşayan gürcü tələbələr və biznes nümayəndələri ilə də görüşü planlaşdırılıb.

Gürcüstan nümayəndə heyətinin tərkibinə Prezident Administrasiyasının əməkdaşları, eləcə də, qanunverici və icraedici hakimiyyət nümayəndələri daxil olacaq.

Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-də qurulub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 270 26.02.19 12:03