İstanbulda Xocalı faciəsinin 27-ci ildönümü yad edilib - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

İstanbulda Xocalı faciəsinin 27-ci ildönümü yad edilib - FOTO

Türkiyənin İstanbul şəhərində, Bahçeşehir Univeristetində Xocalı faciəsinin 27-ci ildönümü anılıb.

"Report"un Türkiyə bürosu xəbər verir ki, tədbir Azərbaycan və Türkiyənin dövlət himinlərinin səsləndirilməsi və Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Anım mərasimini ali təhsil müəssisəsinin professoru, rektor müavini Tunç Bozburan açaraq Xocalıda yaşananları yaxın keçmişin ən böyük dəhşətli hadisəsi adlandırıb. O, işgəncələrlə öldürülən xocalıların və bir gecədə yer üzündən silinən Xocalının səsi olmaq üçün bütün türk gəncliyini birliyə çağırıb. Professor Bahçeşehir Universitetinin radiosunun iki gün ərzində Xocalıda yaşananlardan bəhs edən proqramlar verəcəyini də söyləyib.

Ali təhsil müəssisəsinin professoru Mehmet Çelik çıxışında Xocalını unutmamaq və unutdurmamaq üçün zəruri tədbirlər görülməsinin vacibliyini vurğulayıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov çıxışında Dağlıq Qarabağ münaqişəsindən bəhs edib, tələbələri bu ərəfədə sosial şəbəkələr üzərindən daha aktiv olmağa və Xocalı həqiqətlərini paylaşmağa çağırıb.

Xocalı rayonunun sabiq içra başçısı, Milli Məclisin deputatı Elman Məmmədov isə Xocalı soyqırımını törədənlərin ədalətli mühakimə ediləcəyi günün yaxın olduğunu bildirib.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 700 25.02.19 21:47