Cüdo millimiz 93 komanda arasında üçüncü oldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Cüdo millimiz 93 komanda arasında üçüncü oldu

Azərbaycanın cüdo üzrə milli komandası Almaniyanın Düsseldorf şəhərindəki “Böyük Dəbilqə” turnirində dörd medal qazanıb.

Son yarış günündə yığma üzvləri bir qızıl, iki bürünc medala sahib olublar.

90 kq çəki dərəcəsində yer alan Məmmədəli Mehdiyev finalda yaponiyalı Sanşiro Muraonu, 100 kq çəkidəki Zelim Kotsoyev və qadınlardan 78 kq-dan yuxarı çəkidəki İrina Kindzerskaya üçüncü yer uğrunda görüşdə müvafiq olaraq, serbiyalı Boyan Dosen və tunisli Nihel Şeyx Ruhunu məğlub ediblər.

Ötən gün isə 73 kq çəkidə Rüstəm Orucov bürünc medal əldə edib.

Komandamız turnirdə 93 ölkə arasında üçüncü yeri tutub. Doqquz qızıl, üç gümüş, iki bürünc medal qazanan Yaponiya birinci, bir qızıl, bir gümüş, üç bürünc medalı olan Braziliya ikinci yerə çıxıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 234 25.02.19 11:39