İlk brauzer yenidən istifadəyə verildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

İlk brauzer yenidən istifadəyə verildi

İsveçrədə yerləşən Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) tədqiqatçılar qrupu “WorldWideWeb” adlı dünyanın ilk brauzerini yenidən istifadəyə verib.

Median.Az
“ICTnews”a isinadən xəbər verir ki, 1990-cı ildə internet yaradıcısı Tim Berners-Li tərəfindən “CERN” əməkdaşları üçün hazırlanan proqram “NeXTSTEP” platforması üzərində işləyib. İndi isə istənilən şəxs müasir internetə 1990-cı illərin prizmasından baxa bilər.

Məlumata görə, mərkəz mütəxəssislərinin səyi nəticəsində hazırda dünyanın ilk “WorldWideWeb” internet brauzerindən brauzer vasitəsilə yararlanmaq mümkündür. Bu, 1990-cı illərin proqramlarını, o cümlədən “NeXT” kompüterinin şriftlərini tam təkrarlayan onlayn simulyatordur. Mütəxəssislərin sözlərinə görə, layihə 5 gün ərzində yaradılıb.

Bildirilir ki, “WorldWideWeb” brauzeri yaranan zaman internetdə multimedia kontentinin mövcud olmaması ilə əlaqədar olaraq brauzerin səhifələrində yalnız mətnlər göstərilir. İnterfeys və mətn monoxromdur: “NeXT” kompüteri həmin dövrdə rəngli monitorları dəstəkləməyib.

“WorldWideWeb” brauzerində adi ünvan sətrinin mövcud olmamasına görə sayta keçid almaq üçün “Document” menyusuna daxil olaraq “Open from full document reference” bəndini seçmək tələb olunur. Burada ünvanı yazaraq “Open” üzərinə vurmaq lazımdır. Səhifədə ünvanların açılması üçün onların üzərinə iki dəfə basılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 632 23.02.19 23:00