Hüseyn Dəryanın keçmiş xanımı gündəmi alt-üst etdi: 16 yaşlı Sona ailəmi dağıtdı... - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |     17:48 İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı  |     17:04 Bakıda Puşkinin şərəfinə konsert keçiriləcək  |     16:28 Sürücülük hüququ olmadan idarə etdiyi maşınla qəza törətdi, məhkəmə zalında həbs olundu  |     16:17 Abel Məhərrəmov məhkəməyə verildi  |     16:06 Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO  |     15:53 Ceyhun Bayramov Fələstinin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi  |     15:39 20 min manat borca görə qəssab həbs edildi  |     15:24 Azərbaycan-Fransız Universiteti bağlanır? - AÇIQLAMA  |     15:14 Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ AÇIQLAMA  |     14:57 Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     14:54 Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB (RƏSMİ AÇIQLAMA)  |     13:56 Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib  |    

Hüseyn Dəryanın keçmiş xanımı gündəmi alt-üst etdi: 16 yaşlı Sona ailəmi dağıtdı... - VİDEO

Xəbər verdiyimiz kimi, mərhum reper Hüseyn Dəryanın qızı Ayşə "Bizimləsən" proqramına çıxaraq, qardaşı Cahangir Dəryanın DNK analizi olmasını tələb edib.

Median.Az
axşam.az-a istinadən bildirir ki, ötən gün yayımlanan proqramda tərəflər arasında qalmaqal şiddətlənib. Reperin həyat yoldaşı Sona efirə bağlanaraq nikah haqqında şəhadətnamə və Cahangirin şəhadətnaməsini təqdim edib.

"Hüseyn Cahangir anadan olduğu gündən onu oğlu olaraq, məni isə həyat yoldaşı olaraq ictimaiyyətə təqdim edib. Orada əyləşən xanımı Hüseyn rəhmətə gedəndə görmüşəm. O, hansı haqla məndən DNK analizi istəyir? Mən 15 ildir eyni nömrəni işlədirəm, əgər belə bir şübhəsi var idisə, mənimlə əlaqə saxlayardı. Məhkəməyə vermək istəyir versin. Ayşənin nə mənim, nə də Cahangirin üstündə heç bir mənəvi haqqı yoxdur ki, DNK analizi istəsin. Hesabatını verəcəyim adam torpağın altdındadır. Ayşə birinci özü DNK etdirsin görək, həqiqətən o, Hüseyn Dəryanın qızıdırmı? O, uşaqdır və oraya öyrədilərək çıxarılıb. Hüseyn bir dəfə evli olub, o da mənimlə evlənib. Ayşə isə onun qeyri-qanuni münasibətdən dünyaya gələn övladıdır. Artıq vəkilimlə danışmışam, o, mənə açıqlama verməyə icazə vermir. Ayşə mənim namusuma, şəxsiyyətimə mənəvi ziyan vurur", - Sona bildirib.

Ayşə isə iddia edib ki, atası anası evli olarkən Sona ilə tanış olub. O zaman isə Hüseyn məcbur qalaraq Sona ilə evlənib.

"Atam sağ olanda deyirdim ki, məni qardaşımla tanış et. O isə mənə deyirdi ki, Cahangir sənin mənəvi qardaşındır. Mən isə bunu başa düşmürdüm. İndi isə tələb edirəm ki, Cahangirin qardaşım olduğu təsdiq olunsun. İnanıram ki, o, qardaşımdır. Onun böyük bacısı olmaq, ona dəstək olmaq istəyirəm".

Ayşənin anası, Hüseyn Dəryanın birinci arvadı da yayıma qoşularaq ayrılmağına səbəb kimi Sonanı göstərib:

"Sona bizim ailəmizi dağıtdı. Biz evli idik, Sona məktəbli qız idi, 17 yaşı var idi. Həmin yaşda evli biri ilə görüşmək nə deməkdir? Mən isə xəyanətə dözmədim və Hüseyndən ayrıldım. Heç bir qadın bunu qəbul etməz. Mənim rəsmi nikahım və kəbinim olub. El-adəti ilə gəlin getmişəm".

Qeyd edək ki, Hüseyn Dərya 2014-cü ildə vəfat edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 628 23.02.19 18:40