Bakıda tikinti dayandırılıb? - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |    

Bakıda tikinti dayandırılıb? - AÇIQLAMA

Bakı şəhərinin Baş Planın hazırlanmasına hazırlıq gedir, buna görə də tikinti işləri ilə bağlı nəzarət də artırılıb. Ümumilikdə, Baş Plan təsdiq edilənə qədər gedən tikinti işləri norma və meyarlar əsasında aparılmalıdır.

Bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Anar Quliyev deyib. Onun sözlərinə görə, indi də paytaxtda tikinti işləri gedir və onların dayandırılmasına ciddi əsas yoxdur.

“Sadəcə, önəmli məsələlərdən biri budur ki, şəhərsalma qanunvericiliyinin tələblərinə ciddi nəzarət olunmalıdır. Son müddətdə bir neçə islahat aparılıb, komitənin bu prosesin müxtəlif mərhələlərində müdaxilə etmək imkanı var. Buna görə də qeyd edim ki, layihələrin dəyərləndirmə mərhələsində layihəçi təşkilatın böyük məsuliyyəti var.

Çünki tikintinin harada olmasından çox şey asılıdır, landşafta uyğunluğu, texniki və təhlükəsizlik normaları olmalıdır. Əlbəttə, biz tikintiyə icazələrin sadə olmasına çalışırıq və məqsədimiz budur ki, rahat şəkildə, çox vaxt sərf etmədən bu proses yekunlaşsın”.

Qeyd edək ki, bir müddət əvvəl millət vəkili Fazil Ağamalı parlamentdə çıxışı zamanı komitənin fəaliyyətini tənqid edərək, paytaxtda tikinti işlərinin dayandırıldığını, yüzlərlə işçinin "çörək pulu"ndan məhrum olduğunu bildirmişdi.

A.Quliyev onu da qeyd edib ki, Bakının Baş Planının hazırlanması üçün keçirilən beynəlxalq tenderə dünyada tanınan şirkətlərin nümayəndələri öz təkliflərini veriblər. Bir neçə gündən sonra tenderin qalibinin adı açıqlanacaq, amma baş planla bağlı işlər kifayət qədər uzun bir prosesdir:

“Düzdür, işlərin bir hissəsinin görüldüyünü nəzərə alsaq, biz tez başa çatmasına çalışacağıq. Baş Planın əsasında isə komitə paytaxtın müfəssəl planını tərtib edəcək”.
//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 215 23.02.19 13:46