Median.Az xəbər verir ki, fevralın 21-i saat 18 radələrində Pirallahı qəsəbəsinin ərazisində, müəyyən edilməmiş avtomobillə qəsəbə sakini L.Qasımova vurulub.
Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra, o evə buraxılıb.
Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən yayınan “OKA” markalı avtomobilin sürücüsü R.Niftəliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.