Median.Az xəbər verir ki, Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Sərək kənd sakini R.İsmayılova narkotik vasitə satan həmkəndlisi F.Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 30 qram marixuana götürülüb.
F.Əliyevin yaşadığı evdən əlavə olaraq 5,6 kiloqrama yaxın marixuana aşkar edilib.
Astara RPŞ İstintaq bölməsində CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə külli miqdarda ələ etmə və saxlama) maddəsi ilə cinayət işi başlanılıb.