Obyektlərin tikintisi üçün icazənin alınması elektronlaşdırılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |    

Obyektlərin tikintisi üçün icazənin alınması elektronlaşdırılıb

Yaşayış sahəsi olmayan və ekspertizasına ehtiyac duyulmayan obyektlərin tikintisinə, eləcə də istismarına icazələr artıq tam elektronlaşdırılıb.

Median.Az
xezerxeber.az-a istinadən bildirir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Elektron Hökümətin İnkişafı Mərkəzi ilə yeni xidməti bu gün sahibkarların ixtiyarına verib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Anar Quliyev dövlət başçısının fərmanı ilə tikintisi başa çatmış, ancaq rəsmi istismara qəbul edilməyən binaların taleyinə də aydınlıq gətirib. Qeyd olunub ki, həmin binalara yaradılan işçi qrup tərəfindən baxış keçiriləcək və hər şey qaydasındadırsa 1 həftə ərzində istismara qəbulu təmin ediləcək. Əgər problemlər varsa əlavə tədbirlər görüləcək.

Anar Quliyev hazırda Bakı şəhərində tikintisi başa çatan, lakin istismara qəbul edilməyən binaların sayını da açıqlayıb.

Komitə rəsmisi gələcəkdə ekspertizaya ehtiyac olan binaların da inşasına, istismara verilməsinə icazələrin elektron ola biləcəyini bildirib. Bu isə tikinti sektorunda şəffaflığın artmasına və inşaat sektorunda çalışan şirkətlərin vaxta, vəsaitə qənaət edərək işlərini daha qısa zamanda, keyfiyyətlə icra etməsinə səbəb olacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 477 21.02.19 23:44