Cırtdan və Bəbir Bakıdakı mötəbər festivalın talismanı seçildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |     13:03 Mingəçevirdə sakinlər binanın zirzəmisinə dolan çirkab sulardan şikayətçidirlər - VİDEO  |     13:02 Lukaşenko hakimiyyətdən nə vaxt gedəcəyinə aydınlıq gətirdi  |     12:45 Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib  |     12:36 Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı  |    

Cırtdan və Bəbir Bakıdakı mötəbər festivalın talismanı seçildi

Bakıda keçiriləcək XV Yay Avropa Gənclər Olimpiya Festivalının (AGOF) rəsmi talismanları təqdim olunub.

AGOF “Bakı 2019” Əməliyyatlar Komitəsi yarışın startına 150 gün qalmış tədbirin rəsmi talismanlarını açıqlayıb.

Bunlar Cırtdan və Bəbirdir. Azərbaycan dilindən tərcümədə “kiçicik” mənası daşıyan balaca oğlan Cırtdan Azərbaycanda uşaqların ən populyar nağıl personajıdır. O, güclü milli özünəməxsusluğu, dərrakəsi, hazırcavablığı, mübarizliyi və başqalarına rəğbəti ilə seçilir.

Qafqaz bəbiri isə Azərbaycanın füsunkar təbiətinin zənginliyini təşviq edəcək. Bu heyvan təbii gözəllik, güc, qorxmazlıq və sürət rəmzidir.

AGOF “Bakı 2019”un rəsmi şüarı isə “Zirvələrə Hazırıq” sözləri olacaq.

Qeyd edək ki, Avropa Olimpiya Komitəsinin Avropa Oyunlarından sonra keçirdiyi ikinci mötəbər turnir sayılan XV Yay AGOF 21–27 iyul tarixlərində keçiriləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 777 21.02.19 13:30