Median.Az xəbər verir ki, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən fevralın 18-nə keçən gecə şəhər ərazisindəki mağazadan 740 manat, danışıq kartları və tütün məmulatı oğurlayan şəhər sakini M.Həsənov saxlanılıb.
Bundan başqa, Bərdə RPŞ-nin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 14-də rayon ərazisindəki evdən 680 manat və gödəkçə oğurlayan rayon sakini Həmzə Süleymanov saxlanılıb.
RPŞ İstintaq bölməsində faktlarla bağlı CM-nin 177.1-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.