Tramp homoseksuallığı bütün dünyada qanuniləşdirmək istəyir » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:01 Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO  |     11:57 Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO  |     11:56 Bakıda yaşlı kişi oğlu tərəfindən vəhşicəsinə döyüldü  |     11:55 Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı: “Bir əli ilə ağzımı tutdu və yerə yıxdı” - Qətlin TƏFƏRRÜATI  |     11:53 Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO  |     11:52 Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO  |     11:51 Azərbaycanlı TIR sürücüsü üç aydır Gürcüstan sərhədini keçə bilmir - VİDEO  |     11:45 Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA  |     11:41 Elektromobillərlə bağlı YENİ QƏRAR: Azərbaycan gələcəyə yatırım edir  |     11:39 Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA (VİDEO)  |     11:37 Məşhur qapıçı iki sarı vərəqə alsa da, meydandan qovulmadı  |     11:23 Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO  |     22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |    

Tramp homoseksuallığı bütün dünyada qanuniləşdirmək istəyir

ABŞ prezidenti Donald Tramp bütün dünyada homoseksuallığın dekriminilizasiyasına nail olmaq niyyətindədir.

Bu barədə “NBC News” məlumat yayıb.

Məlumata görə, Tramp administrasiyası homoseksuallığın cinayət sayıldığı və cinsi azlıqların təqib olunduğu ölkələrə yönəlmiş qlobal kampaniyanı işə salmağa hazırlaşır.

Proqrama prezident administrasiyasının yüksək vəzifəli homoseksualı, ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenell başçılıq edəcək.

Kampaniyanın başlamasını qeyd etmək üçün artıq Birləşmiş Ştatların Berlindəki səfirliyinə Avropanın müxtəlif ölkələrindən olan LGBT fəalları çağırılıb.

Ümumilikdə dünyada homoseksuallığın qanunla qadağan edildiyi və cinayət sayıldığı 72 ölkə var. Onlardan səkkizində buna görə ən ağır cəza – ölüm cəzası verilir.

İddiaya görə, proqramın işə salınmasına İranda bu yaxınlarda homoseksual olduğuna görə bir gəncin edamından sonra qərar verilib. İran ABŞ-ın əzəli siyasi rəqibi olsa da, Vaşinqtonun Yaxın Şərq ölkələrindən olan müttəfiqləri, o cümlədən, Səudiyyə Ərəbistanı, BƏƏ, həmçinin, Pakistan və Əfqanıstanın bu kampaniyaya qarşı çıxacağı gözlənilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 576 20.02.19 21:26