Əflatun Amaşov: Prezidentin fərmanı böyük önəm daşıyır » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:19 Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO  |     17:53 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     17:50 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     17:38 Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO  |     16:38 Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO  |     16:26 Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir  |     16:04 Bakıda marketdən minlərlə manatlıq spirtli içki oğurlanıb - FOTO/VİDEO  |     15:41 Dövlət Xidməti Amaras monastırında monitorinqlər aparıb  |     15:33 Zaxarova: “Ermənistan miqrasiya ilə bağlı Britaniya ilə danışıqlarını özü şərh etməlidir” - VİDEO  |     15:29 Zaxarova: “Moskva Bakı ilə İrəvan arasında münasibətlərin həlli üçün mümkün olan hər şeyi etdi” - VİDEO  |     15:26 Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO  |     15:25 Mariya Zaxarova: “Rusiya Ermənistandan aydın reaksiya və rəsmi təkzib gözləyir”  |     15:24 Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanıb  |     15:21 Zaxarova: “Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - VİDEO  |     15:13 Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar  |     15:11 Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ  |     15:06 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir, ikisinin inşası başa çatıb  |     13:34 Palma yağlarının Azərbaycana gətirilməsi qadağan edilsin - Deputatdan təklif  |     13:21 Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq  |     13:09 Aİ dövlətləri İrana qarşı yeni qadağalarla bağlı razılığa gəldilər  |    

Əflatun Amaşov: Prezidentin fərmanı böyük önəm daşıyır

Dövlət dili ilə bağlı qanunvericilikdə dəyişikliklər labüddür, vacibdir.

Bunu oxu.az-a açıqlamasında millət vəkili, Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov deyib.

O qeyd edib ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra dövlət dili ilə bağlı 30-a yaxın normativ akt, dövlət proqramları qəbul olunub.

Onun sözlərinə görə, məqsəd dövlət dilinin statusunun müəyyənləşməsindən, eyni zamanda, dilin zənginləşməsindən, yad təsirlərdən qorunmasından, düzgün istifadəsinin təmin edilməsindən ibarətdir və hazırda bu sahədə müxtəlif qurumlar fəaliyyət göstərməkdədir:

“Ölkə prezidenti İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər planı haqqında” 2018-ci il 1 noyabr tarixli fərmanı bu baxımdan böyük önəm daşıyır.

Fərmana əsasən, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılacaq. Ümumən bu sahədə zəngin qanunvericilik bazamız var. Ancaq konkret işlək nəzarət mexanizmi olmalıdır. Yanaşma dəyişilməlidir.

Tutaq ki, kimsə cinayət törədirsə, cinayət məsuliyyətinə cəlb edilir - ya azadlıqdan məhrum edilir, ya cərimələnir, ya da müəyyən islah işlərinə cəlb olunur. Hesab edirəm ki, dil pozuntularına münasibət də məhz belə olmalıdır. Dünyanın bir çox ölkələrində bu praktikadan geniş istifadə edilir. Əslində, qanunvericiliyimiz də buna imkan verir.

Yanaşmanın dəyişilməli olduğunu məhz buna görə deyirəm. Monitorinq mərkəzi olsun, yaxud hansısa digər qurum məhz belə işləməlidir. Belə olarsa, biz ciddi dəyişiklikləri müşahidə edəcəyik”.

Ə.Amaşov xüsusilə reklamlarla bağlı məsələdə vəziyyətin həddindən artıq bərbad olduğunu deyib.

“Hər birimiz küçələrdə reklam lövhələri və elektron reklam çarxları ilə üzləşirik. Görürük ki, əksər hallarda oradakı mətnlər dövlət dilinin tələblərinə cavab vermir, dildən istifadə qaydaları kobud şəkildə pozulur.

Bəzən onu da görürük ki, xarici dildə olan mətnlər böyük verildiyi halda, dilimizdəki mətnlər kiçik hərflərlə gedir, bəzən heç görünmür. Bu, qanunlarımıza zidd olması ilə yanaşı, əlbəttə dilimizə açıq hörmətsizlikdir. Bununla eyni zamanda ölkəmizə gələn xaricilərdə özümüz barədə mənfi rəy yaratmış oluruq.

Əlbəttə, dil dinamik sahədir. Buna görə qanunvericilikdə dəyişikliklər labüddür. Hətta yeni qanun nə vaxtsa gündəmə gələ bilər. Təkrar edirəm, əsas məsələ qanunların icrasını təmin etməkdir”, - deyə Ə.Amaşov əlavə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 272 20.02.19 16:26