Abbas Bağırov köməkçisini bağışladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |     19:59 Rusiya müdafiə nazirinin müavini iki ay müddətinə həbs edilib  |     19:57 AQTA nöqsanlara görə bazar rəhbərlərinə xəbərdarlıq edib  |     19:50 30 ölkədən olan beynəlxalq ekspertlər Laçında aparılan bərpa işləri ilə tanış olublar  |     19:43 Türkiyə Qarabağ şəhidlərinin övladları üçün kosmik düşərgələr təşkil edəcək  |     19:37 Türkiyə Zəngəzur dəhlizi çərçivəsində avtomobil və dəmir yolları üçün işlərə başlayıb  |     19:32 "Milan"da baş məşqçi postuna namizədlər bəlli olub  |     19:28 Tonqada 5,4 maqnitudalı zəlzələ baş verib  |     19:22 Ombudsman Ermənistanın Azərbaycana qarşı mina terroru haqqında Böyük Britaniya səfirini məlumatlandırıb  |    

Abbas Bağırov köməkçisini bağışladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Maman Nadirova ifadə verib.

Hazırda həbsdə olduğunu bildirən M.Nadirova deyib ki, 2016-ci ildə O.Mehrəliyevi Eyyub adlı şəxs vasitəsilə tanıyıb:

“Barəmdə insan alverinə görə cinayət işi başlanmışdı. Eyyub söylədi ki, Orxan adlı şəxs bu işi həll edə bilər. Sonra biz görüşdük, Xətai ilə müqavilə bağladıq. Orxan mənə həmişə telefonda görüntülü yığırdı. O, məndən 2000 manat pul istədi. Bildirdi ki, Daxili Qoşunlarda tanışı var, bu işi həll edəcək. Sonra 1500 manat da pul verdim. Lakin işimi həll etmədi.

Hər zəng edəndə işi uzadırdı. Orxanın qardaşı Rövşən mənə telefonda hədə-qorxu gəlirdi, təhqir edirdi. Bu barədə Xətaiyə də bildirdim. Rövşən kiminsə vasitəsilə məni həbsə saldıracağını deyirdi”.

M.Nadirova qeyd edib ki, məhkəmənin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Daha sonra təqsirləndirilən şəxsin vəkilləri M.Nadirova ilə digər zərərçəkmiş Xətai Yusubova suallar verib. Bu zaman vəkillərlə X.Yusubov arasında mübahisə düşüb. X.Yusubov məhkəməyə etiraz edərək zalı tərk edib.

M.Nadirovanın sözlərinə görə, təqsirləndirilən O.Mehrəliyev onu təhqir edərək “mamaroza” deyib:

“Mənim “mamaroza” olduğumu harada görmüsən? “Mamaroza” sənin nəslindir”.

Daha sonra o, təqsirləndirilən şəxslərin vəkillərini də təhqir edib.

Məhkəmə M.Nadirovaya xəbərdarlıq edib.

Prosesdə digər zərərçəkmiş Emil Qurbanov da dindirilib. O söyləyib ki, O.Mehrəliyev müğənni, əməkdar artist Abbas Bağırova məxsus olan qarajı ona 10 min manata satıb:

“Sənədlər Orxanın adına idi. Aramızda alqı-satqı olmadı. Pulu da elə Orxana verdim. Sonra Abbasla danışdım. Məlum oldu ki, qaraj Abbasa məxsusdur. Pulumu geri ala bilmədim, yenə də şikayətçi deyiləm”.

O.Mehrəliyev deyib ki, həmin qaraj onun özünə məxsusdur:

“Emil mənə pul verməyib”.

Hakim bildirib ki, A.Bağırovun məhkəməyə ərizəsi daxil olub. Müğənni ona dəymiş zərərin ödənildiyini, O.Mehrəliyevdən şikayətçi olmadığını deyib. A.Bağırov məhkəmədən xahiş edib ki, özünün iştirakı olmadan məhkəmə davam etdirilsin.

Məhkəmənin növbəti iclası martın 5-də davam etdiriləcək.

İttihama görə, O.Mehrəliyev köməkçisi olduğu tanınmış müğənni Abbas Bağırovun Bakı şəhər Yasamal rayonunda Şahbazi küçəsi, 99 nömrəli binanın həyətində yerləşən və dəyəri 35 min manat olan 28 kvadratmetr torpaq sahəsini ələ keçirib.

Həmçinin, o, Abbas Bağırova məxsus, yuxarıda adı çəkilən torpaq sahəsini Emil Qurbanova satacağını vəd edərək 10 min manat alıb.

Bundan başqa o, Ümumdünya Azərbaycan Konqresinin hüquqşünası Xətai Yusubovdan 52 min 500 manat alaraq onu Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə təyin etdirəcəyini vəd edib.

O, Maman Nadirovadan 2017-ci ildə 3500 manat alaraq onun cinayət işinə xitam verdirəcəyini vəd edib.
//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 364 19.02.19 15:35