Avtomobil yollarında vəziyyət necədir? » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:25 Leyla Əliyeva Dubayda COP-28 çərçivəsində iqlim dəyişiklikləri üzrə müzakirələrdə iştirak edib  |     20:11 SOCAR və ADNOC arasında Strateji Əməkdaşlığa dair Saziş imzalanıb  |     19:59 “Düşən pullar”da həyacanlı anlar: KVN-çilər Veneraya görə uduzdular​ - VİDEO  |     19:51 Bakı metrosunda sıxlıq yarandı - FOTO  |     19:44 Rusiyalı general-mayor Ukrayna müharibəsində həlak oldu  |     19:37 Bakı və Sumqayıtda havada dəm qazının miqdarı normadan çox olub  |     19:30 Ağdaş sakini qanunsuz saxladığı odlu silahı polisə təhvil verib  |     19:23 Xidmət direktoru: "Muxtar respublikada epidemioloji vəziyyət stabildir"  |     19:10 ANAMA: Azad edilmiş ərazilərdə daha 61 mina, 579 PHS aşkarlanıb  |     18:19 AQTA Azərbaycana məhsulları ixrac olunan 272 xarici qida obyektində qiymətləndirmə aparıb  |     18:04 İran HDQ nümayəndə heyəti Bakıda səfərdədir  |     17:54 Prokuror 700 min manatlıq mənimsəmədə ittiham olunan politoloqa cəza istədi  |     17:02 Slavyan Universitetinin sabiq şöbə müdiri yenidən hakim qarışısına çıxır  |     16:27 Bakıda bir sıra dönərxanaların fəaliyyəti məhdudlaşdırılıb  |     16:20 Qadın həbsdə olan oğluna telefon ötürmək istədi  |     16:13 Ötən ay KTM-ə zəhərlənmə ilə bağlı 107 nəfər qəbul edilib: Ölənlər var  |     16:06 Ərdoğanın müavini Azərbaycanda səfərdədir  |     15:35 Dekabrın 4-də Qəzzanı tərk etmək icazəsi alan şəxslərin sayı AÇIQLANDI  |     15:27 Bu tarixdən hava kəskin pisləşəcək - Temperatur 8 dərəcə enəcək  |     15:18 Bakıda tikintidə tapılan avtomat polisə təhvil verilib  |    

Avtomobil yollarında vəziyyət necədir?

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi əlverişsiz hava şəraiti ilə əlaqədar respublikanın avtomobil yollarında nəqliyyatın hərəkəti ilə bağlı məlumat yayıb.

Məlumatı qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli “Facebook” hesabında paylaşıb.

O bildirib ki, respublikanın avtomobil yollarının qardan təmizlənməsi, qum-duz səpilməsi işləri aparılıb və hazırda nəqliyyat vasitələrinin hərəkəti normaldır.

“Quba rayonunun Xınalıq, Qusar rayonunun Şahdağ ərazisində yollarda 5-10 sm qar var, lazımi tədbirlər görülür. Giləzi - Xızı, Bakı - Qobustan - Şamaxı - Muğanlı - Ağsu - Yevlax magistralında qar yağır, səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Eləcə də, Muğanlı – İsmayıllı – Oğuz – Qəbələ - Şəki istiqamətində də səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Respublikanın digər avtomobil yollarında isə yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır”, - A.Nəcəfli qeyd edib.скачать dle 11.3







Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 079 19.02.19 12:46