Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:53 "Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı | 12:38 "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO | 12:22 İkinci əl avtomobillərə tələbat artdı – Qiymətlər bahalaşır | 12:19 Cəbrayılda şirkət işçilərinin qaldığı tikilidə yanğın | 12:15 Bakı və Sumqayıtdakı xəstəxanalarda növbə ilə bağlı yenilik | 12:06 Bakı-Qazax yolunda daha bir körpü sökülür - Səbəb | 12:01 Əlillik almayan hərbçilərin sosial təminatı genişləndirilməlidir – Açıqlama | 11:52 Bakıda kütləvi dava: Üç nəfər bıçaqlandı | 11:41 Abşeronda 89 yaşlı qadın zəhərlənib öldü | 11:37 Azərbaycanda müəllimlərə şagirdlərlə bağlı qadağa | 11:28 Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı yeni detallar | 11:16 Bakıda qadın sürücü qəza törətdi, ölən var | 11:11 Alyona Əliyeva COP31-dən paylaşım edib - Foto | 11:08 MİDA 1049 mənzili satışa çıxarır — qiymətlər 43 min 225 manatdan başlayır | 11:03 Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi | 23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat |
Mojo.az Avto
Mojo.az Avto

Qarlı hava şəraiti nə qədər davam edəcək? - AÇIQLAMA

19.02.2019 12:25 4 808
Qarlı hava şəraiti nə qədər davam edəcək? - AÇIQLAMA
Fevralın 20-si səhər saatlarından başlayaraq, respublika ərazisində yağıntılar kəsiləcək və havanın temperaturu bir neçə dərəcə yüksələcək.

Bunu oxu.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, dünən axşamdan və fevralın 19-na keçən gecədən başlayaraq, Rusiyadan hərəkət edən siklonla bağlı olan soyuq atmosfer cəbhəsinin ölkə ərazisindən keçməsi nəticəsində havanın temperaturu 8-10 dərəcə aşağı enib.

“Respublikanın Böyük Qafqazda yerləşən rayonlarında düşən yağıntının miqdarı 4-11 mm olub. Yağan qarın hündürlüyü Altıağacda 14 sm, Qubada 11 sm, Şahdağda 10 sm, Qusar və Xınalıqda 7 sm, Qrızda 6 sm, Mərəzədə 3 sm, İsmayıllıda isə 1 sm-dir”.

O bildirib ki, gün ərzində Bakıda və Abşeron yarımadasında sulu qarın yağması davam edəcək:

“Şəhərətrafı ərazilərdə və Bakı şəhərinin nisbətən yüksək olan hissələrində axşama doğru zəif qar örtüyü əmələ gələ bilər”.

Son xəbərlər