Azərbaycan Afrikadan qoyun idxal edəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:29 Qızılca ilə əlaqədar Bakı məktəblərində dezinfeksiya işləri aparılır  |     15:24 Türkiyəli ekspert: “Ermənistanda uşaqları terror təşkilatına cəlb edirlər”  |     14:41 Salyan məktəblisinin böyük uğuru: Yeni riyazi düstur kəşf etdi - VİDEO  |     14:40 Bakıda məhkum cəzaçəkmə müəssisəsində dünyasını dəyişdi  |     14:26 Elektrik dirəyi aşdı, “Azərişıq”ın işçisi yıxılıb öldü  |     14:18 Dünya çempionatının sonuncu günündə beş güləşçimiz mübarizə aparacaq  |     14:16 Böyük Dəbilqə: Hidayət Heydərov qızıl, Zelim Tçkayev bürünc medal qazanıb - YENİLƏNİB  |     13:57 Azərbaycan neftinin qiyməti artıb  |     13:56 Ermənistan-Türkiyə sərhədində nəzarət-buraxılış məntəqəsi istismara hazırdır  |     13:41 “WhatsApp”da çoxdan gözlənilən FUNKSİYA  |     13:21 Yasamal rayonunda “Kalaşnikov” avtomatı və 30 ədəd patron satmaq istəyən şəxs saxlanılıb  |     13:13 Azərbaycana qanunsuz yollarla gətirilən kökəldici dərmanla bağlı XƏBƏRDARLIQ - FOTO  |     13:11 Abşeronda ətraf mühiti çirkləndirən mebel sexinin sahibi cərimə edilib  |     13:10 Sumqayıtda 72 yaşlı qadın qəzada ölüb  |     13:08 Rusiya ordusunun şəxsi heyəti 170 min nəfər artırıldı  |     13:08 Tom Holland “Hörümçək adam” roluna qayıtması üçün şərtləri açıqlayıb  |     13:07 30 milyard dollarlıq yeni iqlim fondu yaradıldı  |     13:07 Laçında kütləvi istehsala başlanıldı: 300 min manatlıq gəlir planlaşdırılır - VİDEO  |     13:06 Suqovuşandakı ilk yaşayış binasında neçə ailə məskunlaşacaq? - VİDEO  |     13:01 Azərbaycanda distant təhsilə keçilməlidir? - AÇIQLAMA  |    

Azərbaycan Afrikadan qoyun idxal edəcək

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Cənubi Afrika Respublikasında (CAR) səfərdədir.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Səfərdə məqsəd CAR-ın heyvandarlıq, xüsusilə qoyunçuluq sahəsi üzrə təcrübəsinin öyrənilməsidir.

Fevralın 22-dək davam edəcək səfər zamanı nümayəndə heyəti bu ölkədə “Dorper” cinsli qoyunların yetişdirilməsi və Azərbaycana idxalı ilə bağlı məsələləri də müzakirə edəcəklər.

Qeyd edək ki, “Dorper” cinsli qoyunlar 100 il öncə seleksiya yolu ilə əldə edilməyə başlayıb.

Dərisinə və ətinə görə saxlanılan bu qoyunlar ən az yemləmə şəraitində belə, sürətlə böyüyür, yüksək məhsuldarlığa malik olurlar. “Dorper” bahalı qoyun cinsi hesab edilir.

скачать dle 11.3




Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 267 19.02.19 11:28