Dünya Xocalıya ədalət istədi » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:08 Sumqayıtda 72 yaşlı qadın qəzada ölüb  |     15:29 Qızılca ilə əlaqədar Bakı məktəblərində dezinfeksiya işləri aparılır  |     15:24 Türkiyəli ekspert: “Ermənistanda uşaqları terror təşkilatına cəlb edirlər”  |     14:41 Salyan məktəblisinin böyük uğuru: Yeni riyazi düstur kəşf etdi - VİDEO  |     14:40 Bakıda məhkum cəzaçəkmə müəssisəsində dünyasını dəyişdi  |     14:26 Elektrik dirəyi aşdı, “Azərişıq”ın işçisi yıxılıb öldü  |     14:18 Dünya çempionatının sonuncu günündə beş güləşçimiz mübarizə aparacaq  |     14:16 Böyük Dəbilqə: Hidayət Heydərov qızıl, Zelim Tçkayev bürünc medal qazanıb - YENİLƏNİB  |     13:57 Azərbaycan neftinin qiyməti artıb  |     13:56 Ermənistan-Türkiyə sərhədində nəzarət-buraxılış məntəqəsi istismara hazırdır  |     13:41 “WhatsApp”da çoxdan gözlənilən FUNKSİYA  |     13:21 Yasamal rayonunda “Kalaşnikov” avtomatı və 30 ədəd patron satmaq istəyən şəxs saxlanılıb  |     13:13 Azərbaycana qanunsuz yollarla gətirilən kökəldici dərmanla bağlı XƏBƏRDARLIQ - FOTO  |     13:11 Abşeronda ətraf mühiti çirkləndirən mebel sexinin sahibi cərimə edilib  |     13:08 Rusiya ordusunun şəxsi heyəti 170 min nəfər artırıldı  |     13:08 Tom Holland “Hörümçək adam” roluna qayıtması üçün şərtləri açıqlayıb  |     13:07 30 milyard dollarlıq yeni iqlim fondu yaradıldı  |     13:07 Laçında kütləvi istehsala başlanıldı: 300 min manatlıq gəlir planlaşdırılır - VİDEO  |     13:06 Suqovuşandakı ilk yaşayış binasında neçə ailə məskunlaşacaq? - VİDEO  |     13:01 Azərbaycanda distant təhsilə keçilməlidir? - AÇIQLAMA  |    

Dünya Xocalıya ədalət istədi

Diasporla İş üzrə Dövlət Komitəsinin televiziyası olan Diaspor TV vasitəsilə müxtəlif ölkələrdən “Xocalıya ədalət!” səsləndirilib. Belə ki, Diaspor TV-nin təşəbbüsü ilə dünyanın onlarla ölkəsindən xaricilər “Xocalıya ədalət!” istəyiblər.

Dövlət Komitəsindən bildiriblər ki, soydaşlarımızla yanaşı, ABŞ, Rusiya, Ukrayna, Çin, Hindistan, Gürcüstan, Türkiyə, əksər Avropa və Ərəb ölkələrinin vətəndaşları da müsahibədə Xocalı soyqırımı haqqında məlumatlı olduqlarını bildirib, “Xocalıya ədalət!” deyiblər.

Videomüsahibədə müxtəlif yaş kateqoriyasından insanlar iştirak ediblər. Onlar “Xocalıda soyqırımı olduğuna inanıram və Xocalıya ədalət istəyirəm” deyiblər.

Müsahibələrin alınmasında xaricdə yaşayan azərbaycanlılar xüsusi fəallıq nümayiş etdiriblər. Videomüsahibələrlə Dövlət Komitəsinin rəsmi “Youtube” kanalında tanış olmaq mümkündür. Eyni zamanda, müsahibələr Dövlət Komitəsi ilə İctimai Televiziyanın birgə layihəsi olan “Vətən uzaqda deyil” proqramında da nümayiş etdiriləcək. Proqram fevralın 25-dən 26-na keçən gecə saat 00.10-da yayımlanacaq.скачать dle 11.3







Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 176 18.02.19 22:25