Şamaxıda güclü külək fəsadlara səbəb olub - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:37 Bakı və Sumqayıtda havada dəm qazının miqdarı normadan çox olub  |     19:30 Ağdaş sakini qanunsuz saxladığı odlu silahı polisə təhvil verib  |     19:23 Xidmət direktoru: "Muxtar respublikada epidemioloji vəziyyət stabildir"  |     19:10 ANAMA: Azad edilmiş ərazilərdə daha 61 mina, 579 PHS aşkarlanıb  |     18:19 AQTA Azərbaycana məhsulları ixrac olunan 272 xarici qida obyektində qiymətləndirmə aparıb  |     18:04 İran HDQ nümayəndə heyəti Bakıda səfərdədir  |     17:54 Prokuror 700 min manatlıq mənimsəmədə ittiham olunan politoloqa cəza istədi  |     17:02 Slavyan Universitetinin sabiq şöbə müdiri yenidən hakim qarışısına çıxır  |     16:27 Bakıda bir sıra dönərxanaların fəaliyyəti məhdudlaşdırılıb  |     16:20 Qadın həbsdə olan oğluna telefon ötürmək istədi  |     16:13 Ötən ay KTM-ə zəhərlənmə ilə bağlı 107 nəfər qəbul edilib: Ölənlər var  |     16:06 Ərdoğanın müavini Azərbaycanda səfərdədir  |     15:35 Dekabrın 4-də Qəzzanı tərk etmək icazəsi alan şəxslərin sayı AÇIQLANDI  |     15:27 Bu tarixdən hava kəskin pisləşəcək - Temperatur 8 dərəcə enəcək  |     15:18 Bakıda tikintidə tapılan avtomat polisə təhvil verilib  |     15:00 Külək güclənəcək, qar yağacaq - XƏBƏRDARLIQ  |     13:16 Geomaqnit qasırğası gözlənilir  |     13:05 “İnstagram”dan yeni funksiya: Hekayələr 7 gün ərzində silinməyəcək  |     13:01 “Mənə yazığınız gəlsin” - Erməni diversant  |     12:57 DİN kibertalama və kiberdələduzluqla bağlı növbəti müraciət edib - VİDEO  |    

Şamaxıda güclü külək fəsadlara səbəb olub - FOTO

Bu gün günortadan sonra Şamaxı rayonunda güclü külək başlayıb.

Median.Az
xəbər verir ki, külək rayonun Şəhriyar qəsəbəsində dağıntılara səbəb olub.

Qəsəbədəki 5 mərtəbəli yaşayış binasının dam örtüyü güclü küləkdən sonra yararsız vəziyyətə düşüb. Belə ki, külək dam örtüyünün bir hissəsini qoparıb atıb.

Damdan qopan dəmir və taxta parçaları ətrafa səpələnib. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti əraziyə cəlb olunub.

Fəsadların ardan qaldırılması istiqamətində işlərə başlanılıb. Təhlükəni nəzərə alan briqada, küləyin zədələdiyi dam örtüyünü binanın üzərindən götürüb.

Qeyd edək ki, hazırda binada 24 ailə yaşayır.

Küləyin binaya vurduğu zərərin miqyası barədə Rayon İcra Hakimiyyətinə məlumat verilib.

Sakinlər qarlı-şaxtalı havanı nəzərə alaraq, dam örtüyünün tez bir zamanda bərpa olunmasını istəyirlər.

скачать dle 11.3







Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 049 18.02.19 22:15