Azərbaycanda yırtıcılardan hiyləgər plan - Kənd sakinləri təşvişə düşüblər » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:59 “Düşən pullar”da həyacanlı anlar: KVN-çilər Veneraya görə uduzdular​ - VİDEO  |     19:51 Bakı metrosunda sıxlıq yarandı - FOTO  |     19:44 Rusiyalı general-mayor Ukrayna müharibəsində həlak oldu  |     19:37 Bakı və Sumqayıtda havada dəm qazının miqdarı normadan çox olub  |     19:30 Ağdaş sakini qanunsuz saxladığı odlu silahı polisə təhvil verib  |     19:23 Xidmət direktoru: "Muxtar respublikada epidemioloji vəziyyət stabildir"  |     19:10 ANAMA: Azad edilmiş ərazilərdə daha 61 mina, 579 PHS aşkarlanıb  |     18:19 AQTA Azərbaycana məhsulları ixrac olunan 272 xarici qida obyektində qiymətləndirmə aparıb  |     18:04 İran HDQ nümayəndə heyəti Bakıda səfərdədir  |     17:54 Prokuror 700 min manatlıq mənimsəmədə ittiham olunan politoloqa cəza istədi  |     17:02 Slavyan Universitetinin sabiq şöbə müdiri yenidən hakim qarışısına çıxır  |     16:27 Bakıda bir sıra dönərxanaların fəaliyyəti məhdudlaşdırılıb  |     16:20 Qadın həbsdə olan oğluna telefon ötürmək istədi  |     16:13 Ötən ay KTM-ə zəhərlənmə ilə bağlı 107 nəfər qəbul edilib: Ölənlər var  |     16:06 Ərdoğanın müavini Azərbaycanda səfərdədir  |     15:35 Dekabrın 4-də Qəzzanı tərk etmək icazəsi alan şəxslərin sayı AÇIQLANDI  |     15:27 Bu tarixdən hava kəskin pisləşəcək - Temperatur 8 dərəcə enəcək  |     15:18 Bakıda tikintidə tapılan avtomat polisə təhvil verilib  |     15:00 Külək güclənəcək, qar yağacaq - XƏBƏRDARLIQ  |     13:16 Geomaqnit qasırğası gözlənilir  |    

Azərbaycanda yırtıcılardan hiyləgər plan - Kənd sakinləri təşvişə düşüblər

Goranboyda qəribə hadisə baş verib.

Median.Az
Sputnik Azərbaycan-a istinadən bildirir ki, rayonun Eyvazlılar kəndində sürüyə hücum edən canavarlar çobana hiss etdirmədən bir neçə heyvanı sürüdən ayıraraq özləri ilə aparıb.

Belə ki, kənd sakini Kamil Əhmədov özünə və bir neçə sakinə məxsus qoyunları otaran zaman 3 canavar xırdabuynuzlulara hücum edib. K.Əhmədov Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində canavarları görən zaman səs-küy edib, vəhşi heyvanları uzaqlaşdırmağa çalışdığını deyib.

Qoyunları acgöz canlılardan xilas etdiyini düşünən kənd sakini, heyvanları örüşdən qaytaran zaman 5 baş qoyunun sürüdə olmadığını görüb. Bundan sonra ətraf ərazilərdə axtarışa çıxan sakinlər gecəyədək axtarsalar da, qoyunların nə ölüsündən nə dirisindən bir əlamət tapa bilməyiblər.

Yırtıcılar tərəfindən aparılan heyvanlardan 3-ü Kamil Əhmədovun özünə, 2-i isə Oqtay Xəlilova məxsusdur.

Sakinlər son vaxtlar ərazidə canavarlara tez-tez rastlaşdıqlarını deyirlər və onların daha böyük fəsadlara səbəb olacağından narahatdırlar.

Qeyd edək ki, bir neçə gün öncə qonşu Boluslu kəndində də fermalardan birinə hücum edən canavarlar 7 baş qoyunu da parçalayıb.
скачать dle 11.3







Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 638 18.02.19 20:04