Azərbaycanda uşaqlarına Təkər, Arenda, Cahardəst, Lada adlarını qoymaq istəyənlər var » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:25 Azərbaycan güləşçiləri Bakıdakı dünya çempionatını 21 medalla başa vurublar  |     16:08 Sumqayıtda 72 yaşlı qadın qəzada ölüb  |     15:29 Qızılca ilə əlaqədar Bakı məktəblərində dezinfeksiya işləri aparılır  |     15:24 Türkiyəli ekspert: “Ermənistanda uşaqları terror təşkilatına cəlb edirlər”  |     14:41 Salyan məktəblisinin böyük uğuru: Yeni riyazi düstur kəşf etdi - VİDEO  |     14:40 Bakıda məhkum cəzaçəkmə müəssisəsində dünyasını dəyişdi  |     14:26 Elektrik dirəyi aşdı, “Azərişıq”ın işçisi yıxılıb öldü  |     14:18 Dünya çempionatının sonuncu günündə beş güləşçimiz mübarizə aparacaq  |     14:16 Böyük Dəbilqə: Hidayət Heydərov qızıl, Zelim Tçkayev bürünc medal qazanıb - YENİLƏNİB  |     13:57 Azərbaycan neftinin qiyməti artıb  |     13:56 Ermənistan-Türkiyə sərhədində nəzarət-buraxılış məntəqəsi istismara hazırdır  |     13:41 “WhatsApp”da çoxdan gözlənilən FUNKSİYA  |     13:21 Yasamal rayonunda “Kalaşnikov” avtomatı və 30 ədəd patron satmaq istəyən şəxs saxlanılıb  |     13:13 Azərbaycana qanunsuz yollarla gətirilən kökəldici dərmanla bağlı XƏBƏRDARLIQ - FOTO  |     13:11 Abşeronda ətraf mühiti çirkləndirən mebel sexinin sahibi cərimə edilib  |     13:08 Rusiya ordusunun şəxsi heyəti 170 min nəfər artırıldı  |     13:08 Tom Holland “Hörümçək adam” roluna qayıtması üçün şərtləri açıqlayıb  |     13:07 30 milyard dollarlıq yeni iqlim fondu yaradıldı  |     13:07 Laçında kütləvi istehsala başlanıldı: 300 min manatlıq gəlir planlaşdırılır - VİDEO  |     13:06 Suqovuşandakı ilk yaşayış binasında neçə ailə məskunlaşacaq? - VİDEO  |    

Azərbaycanda uşaqlarına Təkər, Arenda, Cahardəst, Lada adlarını qoymaq istəyənlər var

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına yenidoğulan uşaqlara Təkər, Arenda, Mirasoel, Rozef, Cahardəst adlarının, eləcə də qız uşaqlarına oğlan adlarının qoyulması üçün müraciətlər edilib.

Median.Az
bildirir ki, bunu Trend-ə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

Sədr müavininin sözlərinə görə, bununla yanaşı, uşaqlarına Jozefina, Rac (hind adı), Makvin (maşınlarla bağlı cizgi filmin qəhrəmanı olan maşının adı), Lada (maşın markası) adı, o cümlədən Əhsən adı əvəzinə Ahsən, Əzizə əvəzinə Aziza qoymaq istəyənlər olub.

S.Sadıqova qız uşaqlarına Ramin, Amir kimi oğlan adlarını qoymaq istəyən valideynlərin olduğunu və bununla bağlı müraciətlərin edildiyini də açıqlayıb.

Komissiyanın sədr müavininin sözlərinə görə, Aytac adlı qız adının dəyişdirilərək Rinda qoyulması üçün müraciət edib.

S.Sadıqova əlavə edib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri adların qoyulması və dəyişdirilməsi üçün edilən bütün bu müraciətlərə mənfi cavab verib. Bununla bağlı qarşı tərəflərin məhkəməyə daxil olan müraciətləri araşdırılmaq üçün Terminologiya Komissiyasına göndərilib. Bu müraciətlər Terminologiya Komissiyası tərəfindən də mənfi cavablandırılıb.

Sədr müavini qeyd edib ki, bu ilin əvvəlindən komissiyaya 50-ə yaxın müraciət edilib. Müraciətlər arasında adların düzgün yazılış formasının müəyyənləşdirilməsi ilə bağlı olanlara da rast gəlinib.

скачать dle 11.3







Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 570 18.02.19 18:27