Bakıda liftlərin əyləc dolağını oğurlayan saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:23 XİN: Ermənistan sülh sazişi təkliflərini 70 gündən artıqdır yubadır  |     21:16 Dünya “donur”: 100 ilin ən soyuq qışı  |     21:07 Qarabağ Universiteti bu binada fəaliyyətə başlayacaq: Xankəndidən unikal GÖRÜNTÜLƏR  |     20:56 “Vosmoy bazarı”nın satış qiyməti açıqlandı – Dodaq uçuqladan məbləğ - FOTO  |     20:49 Bakıda Qazaxıstanın Mədəniyyət Günləri çərçivəsində qala konsert keçirilib  |     20:41 HƏMAS Təl-Əvivə raket zərbələri endirib  |     20:33 Rumıniya yığması Azərbaycanla qarşılaşmaq istəmir  |     20:25 Leyla Əliyeva Dubayda COP-28 çərçivəsində iqlim dəyişiklikləri üzrə müzakirələrdə iştirak edib  |     20:11 SOCAR və ADNOC arasında Strateji Əməkdaşlığa dair Saziş imzalanıb  |     19:59 “Düşən pullar”da həyacanlı anlar: KVN-çilər Veneraya görə uduzdular​ - VİDEO  |     19:51 Bakı metrosunda sıxlıq yarandı - FOTO  |     19:44 Rusiyalı general-mayor Ukrayna müharibəsində həlak oldu  |     19:37 Bakı və Sumqayıtda havada dəm qazının miqdarı normadan çox olub  |     19:30 Ağdaş sakini qanunsuz saxladığı odlu silahı polisə təhvil verib  |     19:23 Xidmət direktoru: "Muxtar respublikada epidemioloji vəziyyət stabildir"  |     19:10 ANAMA: Azad edilmiş ərazilərdə daha 61 mina, 579 PHS aşkarlanıb  |     18:19 AQTA Azərbaycana məhsulları ixrac olunan 272 xarici qida obyektində qiymətləndirmə aparıb  |     18:04 İran HDQ nümayəndə heyəti Bakıda səfərdədir  |     17:54 Prokuror 700 min manatlıq mənimsəmədə ittiham olunan politoloqa cəza istədi  |     17:02 Slavyan Universitetinin sabiq şöbə müdiri yenidən hakim qarışısına çıxır  |    

Bakıda liftlərin əyləc dolağını oğurlayan saxlanılıb

Bakıda liftin hissələrini oğurlayan keçmiş məhkum saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə fevralın 14-də Nizami küçəsindəki binaların birindən liftin əyləc dolağının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər oğurluq və qəsdən sağlamlığa ağır zərər vurmağa görə məhkum olunmuş R.Əliyev olduğu müəyyən edilib.

Polis əməkdaşları tərəfindən onun digər analoji cinayət əməllərinin də üstü açılıb. Belə ki, R.Əliyevin cari ilin yanvar ayının 24-dən fevral ayının 12-dək olan müddətdə paytaxtın Azadlıq prospektində, S.Vurğun, Nizami və Ü.Hacıbəyov küçələrində yerləşən binalardan 13 liftin əyləc dolaqlarını oğurlaması da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.скачать dle 11.3







Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 628 18.02.19 15:07