Batut gimnastikası yarışlarının kişilər və qadınlar arasında fərdi proqramda finalçıları müəyyən olub » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Batut gimnastikası yarışlarının kişilər və qadınlar arasında fərdi proqramda finalçıları müəyyən olub

Bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası yarışlarının kişi və qadın gimnastları arasında fərdi proqramda finalçıları müəyyən olub.

Median.Az
Trend-ə istinadən bildirir ki, təsnifat yarışlarının yekunlarına görə kişilər arasında finala Belarus gimnastı Vladislav Qonçarov (1-ci yer - 114.470 bal), Çin təmsilçisi Donq Donq (2-ci yer - 113.070 bal), rusiyalı gimnast Andrey Yudin (3-cü yer - 112.560 bal), Yeni Zelandiya təmsilçisi Dilan Şmidt (4-cü yer - 112.130 bal), çinli Tu Syao (5-ci yer - 111.890), yaponiyalı Daiki Kişı (6-cı yer - 111.625 bal), Yaponiya təmsilçisi Tütsuya Sotomura (7-ci yer - 111.335 bal), belarusiyalı Aleks Rabtsau (8-ci yer - 111.020 bal) yüksəliblər.

Təsnifat yarışlarının yekunlarına görə qadınlar arasında finala çinli idmançı Qianqi Lin (1-ci yer - 107.130 bal), çinli Linqlinq Lyu (2-ci yer - 105.400 bal), kanadalı Rozanna Meklennan (3-cü yer - 105.165 bal), belarusiyalı Mariya Maxarinskaya (4-cü yer - 105.550 bal), rusiyalı Susanna Koçesok (5-ci yer - 104.330 bal), yaponiyalı Tisato Doixita (6-cı yer - 104.055 bal), rusiyalı İrina Kundius (7-ci yer - 103.795 bal), yaponiyalı Mequ Uyama (8-ci yer - 103.480 bal).

Qeyd edək ki, Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku keçirilir. Turnirdə 30 ölkədən 160-dan çox gimnast iştirak edir.

Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda Vladislav Qonçarov, Rozanna Maklennan, Ceyson Börnett, Dun Dun, Qao Ley, Dmitri Uşakov və Peyc Brioni kimi Olimpiya ulduzları mübarizə aparır.

Azərbaycanı isə batut yarışlarında qadınlar arasında sinxron proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov və tamblinq cığırında Avropa çempionumuz (2018-ci il) Mixail Malkin təmsil edirlər.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri keçirilir, ikinci gün isə final mərhələləri baş tutacaq.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku da təqdim olunacaq.

2019 və 2020-ci illərdə Tokio Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 6 Dünya Kuboku keçiriləcək. Paytaxtımız gələn il bu kuboklardan daha birinə də ev sahibliyi edəcək.

Xatırladaq ki, ötən il Bakıda 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə Avropa çempionatı, daha öncəki illərdə isə Dünya kubokları (2016-cı il 17 ölkə, 2017-ci il 15 ölkə) keçirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 619 16.02.19 22:27