Azərbaycanda yeni qanun layihəsi hazırlanır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Azərbaycanda yeni qanun layihəsi hazırlanır

“Peşə birlikləri haqqında” yeni qanun layihəsi hazırlanıb.

Qanun layihəsini millət vəkili Azay Quliyev hazırlayıb və onu parlamentə təqdim edib.

Qəbul olunduğu təqdirdə, qanun peşə birliklərinin statusunu, yaradılması və fəaliyyəti qaydasını müəyyən edəcək, müvafiq sahələr üzrə peşələrin inkişafını, peşə sahiblərinin qanuni maraqlarının qorunmasını təmin edəcək, peşə birliyi, onun üzvləri və üzvlərin mallarının istehlakçıları arasında yaranan münasibətləri tənzimləyəcək.

Sənəddə deyilir ki, peşə birliklərində sahibkarlıq və ya peşə fəaliyyəti subyektlərinin üzvlüyü könüllüdür, həmçinin, müxtəlif növ sahibkarlıq fəaliyyəti və ya peşə fəaliyyətini həyata keçirən subyekt bir neçə peşə birliyinin üzvü ola bilərlər.

Bununla yanaşı qeyd edilir ki, peşə birliyinin yaradılmasının ümumi prinsipləri Mülki Məcəllə ilə müəyyən olunur.

“Birlik dövlət qeydiyyatına alındığı andan hüquqi şəxs statusunu əldə edir.

Peşə birliyi tərəfindən onun dövlət reyestrindən çıxarılması haqqında ərizənin verilməsi, habelə qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında birlik ləğv oluna bilər.

Peşə birliyinin idarəetmə orqanları onun üzvlərinin ümumi yığıncağı və idarə heyəti hesab olunur.

Birlik öz fəaliyyəti ilə bağlı məlumatların kütləvi informasiya vasitələrində dərc olunmasını təmin edir”, - deyə qanun layihəsində qeyd olunur.

Layihədə eyni zamanda, peşə birliklərinin funksiyaları, hüquq və vəzifələri, onların üzvlərinin və vəzifəli şəxslərinin məsuliyyəti, intizam tənbeh tədbirlərinin tətbiqi, əmlakın formalaşma mənbələri ilə bağlı məsələlər yer alır.

Qanun layihəsinin yaz sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulur.
//oxu.az
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 724 16.02.19 14:23