Banklarla bağlı bir illik statistika: yeddi milyardlıq alqı-satqı » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |     18:50 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     18:19 Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO  |     17:53 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |    

Banklarla bağlı bir illik statistika: yeddi milyardlıq alqı-satqı

Azərbaycanda bir ildə yalnız banklar tərəfindən yeddi milyard dollarlıq valyuta alınıb-satılıb.

Mərkəzi Bankın “Pul siyasəti icmalı”na görə, bunun 5,4 milyard dollarını və yaxud 77%-ni dollarla aparılan əməliyyatlar təşkil edib.

Ümumilikdə, 2018-ci ildə Azərbaycanın valyuta bazarı özünü tənzimləmə rejimində fəaliyyət göstərib və manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyyə balansı üzrə meyillərə uyğun formalaşıb.

İcmalda deyilir ki, ölkənin xarici ticarət dövriyyəsinin artması ilə əlaqədar il ərzində valyuta bazarının hər iki seqmentində - qeyri-nağd və nağd valyuta bazarlarında əməliyyatların artması müşahidə edilib.

Qeyri-nağd valyuta bazarında aparılmış əməliyyatların dəyəri 25,4 milyard ABŞ dolları ekvivalentində olub. Bunun 83,3%-i dollarda, 16,7%-i isə digər valyutalarda aparılıb, 33%-i banklararası valyuta bazarında, 67%-i isə bankdaxili valyuta bazarında həyata keçirilib.

Banklararası valyuta bazarında dollarla aparılan əməliyyatların 53,5%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub. Valyuta əməliyyatları üzrə dövriyyə, əsasən, “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.

Bankdaxili valyuta bazarındakı valyuta əməliyyatlarının dəyəri isə 17 milyard dollar ekvivalentində olub ki, bunun da 77%-ni dollarla əməliyyatlar təşkil edib. Valyuta əməliyyatlarının 93%-ni hüquqi şəxslərlə aparılan valyuta əməliyyatları təşkil edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 653 15.02.19 15:28