Aygün Kazımova: 14 fevralı qəbul etmirəm - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Aygün Kazımova: 14 fevralı qəbul etmirəm - VİDEO

Median.Az xəbər verir ki,Xalq artisti Aygün Kazımova Oxu.Az-a müsahibə verib. O, müsahibəsində ətrafında gəzib dolaşan söz-söhbətlərə aydınlıq gətirib, klub konsertinə hazırlıqlarından danışıb, maraqlı açıqlamalar verib.

- Aygün xanım, “Sevgililər günü”ndə kimdən hədiyyə gözləyirsiniz?

- Şəxsən mən 14 fevralı “Sevgililər günü” kimi qəbul etmirəm. Etməyəcəyəm də. Bu haqda mən illər öncə də müsahibələrimdə söyləmişəm. Mənim üçün “Sevgililər günü” İlhamla Fərizənin toy günü, yəni iyulun 30-dur.

- Ötən ayın 26-da təmtəraqlı ad günü məclisinizi niyə mediadan qapalı şəkildə keçirmisiniz?

- Bunun özəl səbəbləri var. Gələn il hamısının acığını çıxacağam. Bu heç də elə-belə deyil.

- Gənc müğənni və duet ortağınız Rəsul Əfəndiyevlə sevgilisiniz?

- Biz sadəcə ad günümdə “Dola mənə qolunu” mahnısını duet şəklində ifa etdik. Bu da söz-söhbətləri daha da artırdı. Əhvalımız çox gözəldir. Duetimiz özəl olaraq yerli radiolarda, daha sonra Türkiyənin “Kral” radiosunda səsləndirildi. Belə gözəl yaradıcı xəbərlərimiz var.

- Baharın ilk günü martın 1-də keçiriləcək konsertinizə necə hazırlaşırsınız?

- Bu dəfə başqa formatda konsert edəcəyəm. Yeni mahnılarımla yanaşı tamaşaçılar üçün “DUY” albomumda yer alan mahnıları oxuyacağam. Albomum klub formatında olduğundan konsertim də klub variantında olacaq.

- Yeni klipləriniz nə zaman işıq üzü görəcək?

- “DUY” klipim yaxın ərəfələrdə Türkiyənin “NET muzik”ə yüklənəcək və orada yayımlanacaq. Bu həm DJ David Vendettanın, həm də komandamım qərarıdır. Amma mən bununla kifayətlənməyəcəyəm. “Toy boy” mahnısını da ekranlaşdıracağam.

Xalq artisti Aygün Kazımova ilə hazırladığımız geniş videoreportajı sizə təqdim edirik:скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            5 204 14.02.19 22:15