Türkiyə futbol millisi başsız qaldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Türkiyə futbol millisi başsız qaldı

Türkiyənin futbol millisi baş məşqçisiz qalıb.

Median.Az
xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) İdarə Heyəti millinin rumıniyalı baş məşqçisi Mirça Luçesku ilə bu gün keçirilən görüşdən sonra müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam vermək qərarına gəlib.

Görüşdən sonra Luçesku bu sözləri deyib:

“Türkiyə millisinin heyətini yeniləmək və gəncləşdirmək hədəfi ilə çıxdığımız yolda işlərimizi bitirdiyimi düşünürəm. Yaxınlaşmaqda olan AVRO-2020-nin seçmə mərhələsi öncəsi yeni baş məşqçinin yolunu açmaq üçün qarşılıqlı anlaşaraq bu qərarı verdik.

TFF prezidenti Yıldırım Dəmirörən və İdarə Heyəti üzvlərinə mənə inandıqları və dəstəklədiklərinə, köməkçilərimə də mənə yardım etdiklərinə görə təşəkkür edirəm. Türkiyənin qəlbimdə daim xüsusi bir yeri olacaq”.

Qeyd edək ki, “Qalatasaray” və “Beşiktaş”ı Türkiyə çempionu etmiş Mirça Luçesku 2017-ci ilin avqustun 2-də Fatih Terimi əvəzləyərək qardaş millinin baş məşqçisi təyin olunub. O, təyinatı zamanı Türkiyə millisinin məşqçilik karyerasında çalışdıracağı sonuncu komanda olduğunu bəyan edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 217 11.02.19 23:15