“Artıq geriyə yol yoxdur” - Arif Quliyev ürək dağlayan həyatından DANIŞDI - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |     19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |    

“Artıq geriyə yol yoxdur” - Arif Quliyev ürək dağlayan həyatından DANIŞDI - VİDEO

ARB TV-nin "Səhər-Səhər" verilişinin növbəti qonağı xalq artisti Arif Quliyev olub.

Median.Az
xəbər verir ki, xalq artisti acınacaqlı həyat hekayəsindən danışıb:

"Mənim özümə o qədər kömək edən olub ki... Yaxşı insanlar öz işıqlarında həmişə başqalarını da işıqlandırırlar. Bakıya gəldim, yerim, yurdum, yatmağa yerim yox idi. Vağzalda bir adama 40-50 qəpik verib orda qalırdım və oradan Mədəni Maarif Texnikomuna gəlirdim ki, qəbul olunum. 3 imtahan verdim, qəbul oldum. Ordan çıxanda məni yola salan zaman dedilər ki, Arif qiymət almasan bura gəlmə. Mən də gəldim oxudum ki, fizikadan kəsilmişəm. Saat 5-dən 9-a qədər o yazı cədvəlinin qabağında dayandım. Qurudum və fikirləşirdim ki, mən nə edəcəm? Əlibayramlıdan məni internat məktəbindən gətirdilər və ora qoyub çıxıb getdilər. Mən isə qəbul olunmağa gəlmişəm.

Artıq bitdi və geriyə yol yoxdur. Orada bir kişi dedi ki, sən niyə burada dayanmısan. Dedim ki, adam gözləyirəm, gələcək. Bir də gördüm taxta pilləkənlərdən tak-tuk ayaq səsləri gəlir. Mühafizəçi gəldi dedi ki, niyə durmusan burda çıx get, müdir gəlir. Məni istədi otağa salıb bağlasın ki, müdir görməsin. Cavahir xanım Orucova. Bu aşağı düşəndə məni gördü. Soruşdu ki, bu uşaq saat 10-du burada nə gəzir? Mühafizəçi dedi ki, kimisə gözləyir. Məni yanına çağırıb dedi ki, bala, bura gəl görüm. Bu vaxta kimi bura bağlı olur çıx get. Dedim ki, imtahanın nəticələrini öyrənmək üçün gəlmişdim? amma məni kəsiblər. O isə bala get, gələn il gələrsən dedi. Dedim mənim getməyə yerim yoxdur. Soruşdu ki, valideyinlərin filan yoxdur? Dedim ki, rəhmətə gediblər mən də internatda oxuyub gəlmişəm. Dedi bəs hara gedəcəksən? Dedim mən sizə gedəcəm. Üzümə baxdı, dedi, gəl dalımca. Oturdu maşına, apardı evə. 8-ci sinifi bitirmişdim, mənim də vəsiqəm olmayıb. Elə balaca kağızda Arif yazılıb. Məni gətirdi evə, çörək verdi, yedizdirdi, çimizdirdi, paltarımı dəyişdilər. Səhər məni texnikoma gətirdi. Mənə yazını özü yazdırdı və 5 yazdı".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            6 665 11.02.19 19:43