Ayxan Abbasov: "Uzaqdan zərbə vurmamaq zəif nöqtələrimizdən biridir" » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:52 Rusiya müdafiə nazirinin müavini İvanov dövlətə xəyanətdə şübhəli bilinir  |     17:45 Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi  |     17:35 Bu dərmanların Azərbaycana gətirilməsi qadağası ləğv edilir  |     17:20 Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO  |     17:09 Alimpaşa Məmmədovun məhkəməsində iki müəssisə üzərindəki həbs qərarı qismən götürülüb  |     17:00 Konqoda meymunçiçəyi epidemiyası elan edilib  |     16:35 İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO  |     16:31 Sabiq baş məşqçisi Hafiz Əliyev vəfat etdi  |     16:30 Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib  |     16:19 Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO  |     16:01 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış  |     15:50 Antalyada baş vermiş kanat qəzasının pərdəarxası görüntüləri - VİDEO  |     15:48 Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb  |     15:47 Sadır Japarov: “Birgə Bəyannamə iki ölkə arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir”  |     15:46 Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək  |     15:41 Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında  |     14:27 Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib  |     13:26 Xuliqanlıqda ittiham olunan MMA döyüşçülərindən biri azadlığa buraxıldı  |     13:12 Alimlər Günəşdə çox güclü partlayış qeydə alıblar  |     12:58 Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO  |    

Ayxan Abbasov: "Uzaqdan zərbə vurmamaq zəif nöqtələrimizdən biridir"

“Çətin oyun oldu. “Qarabağ” çox istəkli başladı. Biz də yaxşı hazırlaşmışdıq. İlk 15-20 dəqiqə tam oyuna qoşula bilmədik. İlk hissədə üstünlük rəqibdədi idi. İkinci hissə “Sumqayıt”a layiq oyun oynadıq, buna görə futbolçulara təşəkkür etdim. İnanıram ki bu durumdan çıxa biləcəyik".

Median.Az
-ın məlumatına görə, bunu "Sumqayıt" komandasının baş məşqçisi Ayxan Abbasov evdə "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVI tur matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis daha sonra jurnaistlərin suallarını cavablandırıb...

Start heyətdə gənclərə üstünlük verməyiniz nə ilə əlaqədar idi?

– Həftəiçi problemlərimiz oldu. Atilla Yıldırım xəstələnmişdi, Rail Məlikov da tam sağalmamışdı. Əfran İsmayılov iki məşqi buraxmışdı, kiçik problemləri var idi. Əlimizdə olan futbolçulardan istifadə etdik. Yoldaşlıq görüşündə də özlərini pis göstərmədilər.

Peyman Babayidən gözlədiyinizi ala bilirsinizmi?

– Bizim çempionat çətindir, hər hücumçu gəlib uğurla çıxış edə bilmir. Peymanda potensial var. Onun əvəzlənməsinin səbəbi zədədir, əzələsi dartılmışdı. Tam üstünə gedə bilmərik, çalışacağıq, hər şey yaxşı olacaq.

Son iki oyun uduzmaq futbolçulara necə təsir edib?

– Uduzmaq əlbəttə ki, pis təsir edir. Futbolda qalibiyyət də olur. Yaxşı komanda məğlub olanda bilinir. Bu nəticədən dərs çıxarmalıyıq. Qarşıda vacib oyunlar var, xal itirsək, çox çətin olacaq.

İki fərqli “Sumqayıt” izlədik. Həqiqətənmi sizə Əfran İsmayılovsuz çətindir?

– Bu gün “Sumqayıt”da ən yaxşı futbolçulardan biri Əfrandır. Hücumçularımızın çox hissəsi onun üzərindən qurulur. İkinci hissə futbolçular bir az rahat oldu. Oynamağa davam edirdik, ancaq hücumda kəsərli deyildik. Əfranın bizdə olması böyük üstünlükdür.

Uzaqdan zərbələri az yoxlamağınızın səbəbi nədir?

– Səbəb odur ki, vurmaq istəmirlər (gülür). Bu, zəif nöqtələrimizdən biridir. Rəqib imkan yaratmadı, ancaq epizodlar var idi, sadəcə yoxlamadıq.//report.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 034 09.02.19 22:52