Azərbaycanlı prezidentliyə namizədin Britaniyada bank hesabı aşkarlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Azərbaycanlı prezidentliyə namizədin Britaniyada bank hesabı aşkarlandı

Ukraynada prezidentliyə namizəd, Dövlət Fiskal Xidmətinin əslən azərbaycanlı keçmiş başçısı üç il ərzində Böyük Britaniyadakı bank hesabında 300 min dollar pul gizlədib.

Bu barədə “Strana.ua” məlumat yayıb.

“Hesab Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının maliyyə qurumunda açılıb, son üç il ərzində təqsirləndirilən şəxsə məxsus olub”, - deyə korrupsiya ilə mübarizə prokurorluğunun prokuroru Andrey Perov bildirib.

Hazırda Böyük Britaniyada həmin hesabla bağlı məhkəmə prosesi davam edir və yerli hüquq-mühafizə orqanları hesabdakı aktivləri dondurmaq qərarına gəlib.

Prokurorun sözlərinə görə, Nəsirov bundan xəbər tutub və Ukrayna prezidentliyinə namizədin təqdim etməli olduğu bəyannamədə Britaniya hesabında 300 min dollar pulun olduğunu göstərib.

İttiham tərəfi hesabda olan 300 min dollara həbs qoyulmasına dair vəsatət qaldırıb. Öz növbəsində Nəsirovun vəkilləri qarşı tərəfin vəsatətinin təmin olunmaması üçün məhkəməyə müraciət edib.

“Vəsatətə hazırlaşmağa vaxtımız olmayıb”, - deyə Nəsirovun vəkili Aleksandr Lısak bu müraciəti əsaslandırmağa çalışıb.

Hakim məsələyə baxılmasını fevralın 14-nə kimi təxirə salıb.

“Mən hesabı bəyannamədə göstərməmişəm. Çünki orada dollarlar yoxdur, başqa aktivlərdir. Hansı aktivlərin olduğunu sonra biləcəksiniz”, - deyə prezidentliyə namizəd Nəsirov bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Ukraynanın mərkəzi seçki komissiyası Nəsirovun 31 mart 2019-cu ildə keçiriləcək prezident seçkiləri üçün namizədliyini qeydiyyata alıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 240 08.02.19 13:28