İtmiş futbolçunun öldüyü təsdiqləndi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

İtmiş futbolçunun öldüyü təsdiqləndi

Dorset qraflığının polisi qəzaya uğramış təyyarənin dağıntılarından çıxarılmış meyitin argentinalı futbolçu Emiliano Salaya məxsus olduğunu təsdiqləyib.

“RİA Novosti”nin məlumatına görə, təyyarənin qalıqları bazar ertəsi La-Manş boğazının dibində aşkarlanıb.

Futbolçunun ailəsi artıq meyitin kimliyinin müəyyən edildiyi barədə məlumatlandırılıb. Təyyarəni idarə etmiş pilotun meyiti isə hələ də tapılmayıb.

Baş verən faciə ilə bağlı araşdırma davam etdirilir.

Xatırladaq ki, Nantdan Uelsin paytaxtı Kardiffə uçan tək mühərrikli “Piper Malibu” təyyarəsi yanvarın 22-də radarlardan itib. Təyyarənin göyərtəsində iki nəfər – pilot Deyv İbbotson və futbolçu Emiliano Sala olub. Argentinalı hücumçu yanvarın 19-da Fransanın “Nant” klubundan “Kardiff siti” klubuna transfer olunmuşdu.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 450 08.02.19 12:10