Gəncə şəhərində 46 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb.
Median.Az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1973-cü il təvəllüdlü Aytəkin Həmdəm qızı Qəhrəmanovanın üzərinə dəmir konstruksiya aşıb. Ağır xəsarət alan qadın xəstəxanaya aparılsada onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.