“Yıxıldım yerə, güclə bayıra qaçdıq…” – Zəlzələ şahidləri danışdı (Video) » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:29 54 yaşlı Cennifer Lopes çəhrayı qısa ətəkli paltarda görünüb - FOTO  |     13:28 “Telegram”da tezliklə 16 yeni funksiya olacaq  |     13:20 Smartfon istehsalçılarının reytinqində lider dəyişdi  |     12:59 Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO  |     12:58 Dövlət tərəfindən təyin edilən pulsuz dərmanları ala bilmirik - ŞİKAYƏT (VİDEO)  |     12:56 1500-ə yaxın ailənin məskunlaşdığı ərazidə heç bir küçənin adı yoxdur - VİDEO  |     12:55 Biləsuvarda nömrəsiz motosiklet sürdü: 15 günlük həbs edildi  |     12:54 Laçında tikintisi gedən hava limanının SON GÖRÜNTÜLƏRİ - VİDEO  |     12:24 Tacikistana getmək istəyən Türkiyə vətəndaşları üçün YENİ QƏRAR  |     12:13 Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA  |     12:12 Elnur Məmmədov: “Valideynlərim üç il məni heç kimə göstərməyiblər”  |     12:11 Ermənilərin Xocalıda dağıtdıqları qəbiristanlıq bərpa edilir - VİDEO  |     12:05 Bakıda 12 yaşlı qızcığaz paltar almaq adı ilə qaçırıldı- DƏHŞƏTLİ FAKTLAR - VİDEO  |     12:02 Aİ nümayəndəliyi: “Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd yoxdur”  |     11:45 Bayram günlərində 32 avtoqəza olub, doqquz nəfər ölüb  |     11:34 Gürcüstan parlamentində xüsusi təhlükəsizlik rejimi tətbiq edilib  |     20:32 Hesablama Palatası “toxum subsidiya"larının verilməsi ilə bağlı nöqsanları açıqlayıb  |     20:26 Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: CİNAYƏT İŞİ  |     20:25 Ceyhun Bayramov Şavkat Mirziyoyevlə görüşüb  |     19:29 İran səfiri Çexiya XİN-ə çağırıldı  |    

“Yıxıldım yerə, güclə bayıra qaçdıq…” – Zəlzələ şahidləri danışdı (Video)

Azərbaycanda 4,4 və 6 maqnitola gücündə ardıcıl iki zəlzələ baş verib.

ARB TV-nin “Günə Doğru” proqramında baş vermiş zəlzələ ilə bağlı süjet hazırlanıb.

Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi ilkin məlumatlara əsasən yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7 km cənubda, Ağsu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4, 3 bala yaxın hiss edilib.

Ardıcıl olaraq yerli vaxtla saat 23: 31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5,3 bala qədər hiss edilib.

Şamaxı rayonunda zəlzələ nəticəsində bir neçə fərdi evin hasarı uçub. Dağıntılar zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Fövqəladə Hallar Nazirliyi təbii fəlakət zamanı təkanlar nəticəsində dəyən ziyanla bağlı araşdırmalara başlayıb.

Sahibkar: “Marketi açanda tam dağılmış halda gördük. Tavan uçulub, şüşə qablar sınıb. 60, 70 min civarında ziyan dəyib”.

Sakin: “Dəhşətli zəlzələ idi. Evin daşları uçulub töküldü. Güclə bayıra qaçdıq”.

Sakin: “Əvvəl çilçiraqlar yelləndi. 2 dəqiqə keçmədi bir də gördük kompüter təpəsi üstə gəldi yerə”.

Sakin: “Yatmışdım. Zəlzələ oldu durub qaçanda pilləkəndən yıxıldım yerə”.

Səməd Fətəliyev – Baş həkim: “Xəstələr ən çox şəkərin, təzyiqin qalxması ilə əlaqədar və 5 xəstə isə epilepsiya ilə bağlı müraciət edib”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 033 07.02.19 14:53